SƏTƏMM və KN idarəsi / Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis - admin
Təsvir
Gündəlik hesabatların düzgün yazılmasına nəzarət, SƏTƏMM məlumatlarının düzgün toplanması, aylıq, rüblük və illik SƏTƏMM hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması; Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə sənədlərin hazırlanması, sənədlərin yenilənməsinə nəzarət və onların arxivləşdirilməsi; Gündəlik olaraq ərazilər üzrə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası yoxlamalarının həyata keçirilməsi ; ƏM və TT üzrə yoxlama nəticələrinin və fəaliyyət planlarının izlənilməsi ; İş yerində baş vermiş iş qəzaları, xəsarətlərin səbəblərinin analizi, insidentlər və uyğunsuzluqlarla bağlı məlumatların qeydiyyatının aparılması və müvafiq hesabatlarının hazırlanmas ; İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması; SƏTƏMM təlimlərinin təşkilinə, təlim jurnallarının və təlimat jurnallarının düzgün aparılmasına dəstək ; İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi; Fərdi mühafizə vasitələrinin uçotunun aparılması və təminat prosesinin dəstəklənməsi; İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi; İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi; Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərin verməsi; Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə innovativ vasitələrin tətbiq edilməsi.; Rəhbərliyin tapşırıqlarına uyğun olaraq ƏM və TT üzrə inzibati dəstəyin göstərilməsi.
Требования
- Ali təhsil (Texniki sahə üzrə olması üstünlükdür); SƏTƏMM sahəsində minimum 2–3 il praktik iş təcrübəsi; MS Office proqramlarında sərbəst işləmə bacarığı (Power BI biliyinin olması üstünlükdür); NEBOSH, İOSH sertifikatlarının olması üstünlükdür; Məlumatları aydın və anlaşıqlı şəkildə təqdimetmə və hesabat hazırlama bacarığı; Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı; Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; Danışıqların aparılması bacarığı; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Azərbaycan dili – səlis, İngilis dili, Rus dili - yaxşı. İş qrafiki: Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət) İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı