Вакансии
AB

Təşkilati risklərin idarə edilməsi və risk hesabatlığı bölməsinin rəhbəri

atb bank

Təsvir

· Bank üzrə Enterprise Risk Management (ERM) çərçivəsinin hazırlanmasını, tətbiqini və davamlı təkmilləşdirilməsini təmin edir; · Risklərin identifikasiyası, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığı üzrə metodologiyaların hazırlanmasını və tətbiqini təşkil edir; · Risk İştahası Bəyannaməsinin (Risk Appetite Statement) hazırlanmasını, monitorinqini və dövri yenilənməsini koordinasiya edir; · Əsas Risk Göstəricilərinin (KRI) müəyyən edilməsini, monitorinqini və təhlilini təmin edir; · Bank üzrə Risk Reyestrinin, Risk Xəritəsinin və digər ERM alətlərinin yaradılmasını və təkmilləşdirilməsini təmin edir; · Risk və nəzarət mühitinin qiymətləndirilməsi məqsədilə RCSA prosesinin həyata keçirilməsini koordinasiya edir və nəticələrinin monitorinqini aparır; · Yeni yaranan risklərin müəyyən edilməsini təşkil edir və onların Bankın fəaliyyətinə təsirini qiymətləndirir; · Bankın risk mədəniyyətinin inkişafı məqsədilə maarifləndirmə tədbirlərini və təlimləri təşkil edir. · Riskləri İdarəetməsi Komitəsi, İdarə Heyəti və Müşahidə Şurası üçün risk hesabatlarının hazırlanmasını və təkmilləşdirilməsini təmin edir; · Risk göstəricilərinin təhlilini aparır, əsas risk meyillərini müəyyən edir və rəhbərliyə qərarvermə üçün analitik məlumat təqdim edir; · Risk məlumatlarının keyfiyyətinə nəzarət edir, məlumat bazalarının inkişaf etdirilməsini və avtomatlaşdırılmasını təşviq edir; · Risk hesabatlarının beynəlxalq təcrübə və tənzimləyici tələblərə uyğun təkmilləşdirilməsini təmin edir; · Dashboard və BI əsaslı risk hesabatlarının hazırlanması üzrə təşəbbüslərdə iştirak edir.

Требования

  • İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya digər müvafiq sahə üzrə ali təhsil; · Bank sektorunda, xüsusilə risklərin idarə olunması, ERM, risk hesabatlılığı və ya əməliyyat risklərinin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi; · Azərbaycan və ingilis dillərində sərbəst işləmə bacarığı; · Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları, qaydaları və tələbləri üzrə biliklər; · FRM, CFA, CRISC və ya digər beynəlxalq risk idarəetmə sertifikatlarının olması və ya əldə edilməsinə marağın olması üstünlük hesab olunur.
Назад