Texniki işlər üzrə qrup rəhbəri (Naftalan)
Təsvir
HVAC, MEP, liftlər, yanğın və təhlükəsizlik sistemləri, BMS daxil olmaqla bütün texniki sistemlər üzrə planlı, qabaqlayıcı və operativ texniki xidmət proqramlarını hazırlamaq və icra etmək; Texniki mühəndislər, nəzarətçilər və texniki işçilərdən ibarət komandaya rəhbərlik etmək və onların fəaliyyətinə nəzarət etmək; İllik texniki xidmət büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək, proqnozlaşdırma və təhlil işlərini aparmaq; Büdcəyə riayət olunmasını təmin etmək və xərclərin optimallaşdırılması məqsədilə texniki xidmət xərclərini izləmək; Yerli qanunvericiliyə, texniki normativlərə və daxili təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək; KPI göstəricilərini (sistemlərin işləkliyi, enerji sərfiyyatı, texniki xidmətə cavab müddəti və s.) izləmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
Требования
- Mexanika, Elektrik və ya Müəssisə Mühəndisliyi (Facility Management) sahəsində bakalavr dərəcəsi (magistr və ya MBA üstünlükdür); Texniki xidmət və ya müəssisə idarəçiliyi sahəsində minimum 10 illik ümumi iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə azı 5 illik təcrübə; Genişmiqyaslı OPEX və CAPEX büdcələrinin hazırlanması və idarə olunması üzrə təcrübə; MEP, HVAC, yanğın və təhlükəsizlik, enerji idarəçiliyi və BMS sistemləri üzrə dərin texniki biliklər; CMMS proqramları ilə iş təcrübəsi; Güclü liderlik, analitik düşünmə və ünsiyyət bacarığı; Yerli texniki normativlər, təhlükəsizlik qaydaları və dayanıqlı idarəetmə prinsipləri üzrə biliklər;