Texniki nəzarət üzrə baş mühəndis
Təsvir
1) Sifarişçi tərəfindən texniki nəzarətin tətbiq edilməsi: · Söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir-bərpa layihələrində sahə baxışlarının təşkili, monitorinq hesabatlarının hazırlanması və təqdim edilməsi · Baş podratçı/podratçı icrasının norma və qaydalara (AzDTN), müqavilə və Sifarişçi tələblərinə uyğunluğunun yoxlanılması · Risk əsaslı monitorinq planlarının hazırlanması, nəticələrin sənədləşdirilməsi, prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması · Gecikmə, əlavə xərc və keyfiyyət risklərinin erkən müəyyən edilməsi, düzəliş və bərpa (recovery) planlarının tələb edilməsi · Uyğunsuzluqlar üzrə düzəldici/önləyici tədbirlərin izlənməsi və bağlanma prosesinə nəzarət · Kritik uyğunsuzluqlar zamanı işlərin dayandırılması və ya məhdudlaşdırılması barədə rəy/tələb irəli sürülməsi 2) Layihə sənədlərinin nəzərdən keçirilməsi: · Konsept, eskiz, işçi layihə və dəyişikliklərin yalnız normativ uyğunluq baxımından deyil, həmçinin icra mümkünlüyünün (constructibility), texniki risklər, mərhələləşmə və resurs təminatı baxımından kompleks təhlil edilməsi. · Layihə dəyişikliklərinin qrafik və büdcə təsirlərinin qiymətləndirilməsi · Uzunmüddətli sifariş tələb edən material və avadanlıqların (long-lead items) icra planına və risk profilinə təsirinin qiymətləndirilməsi. · Dəyər Mühəndisliyi (Value Engineering) və optimallaşdırma imkanlarının müəyyən edilməsi və icra perspektivindən əsaslandırılmış təkliflərin verilməsi. 3) Tikinti prosesinə nəzarət: · Tikinti-quraşdırma işlərinin yalnız operativ nəzarəti deyil, icra performansının strukturlaşdırılmış şəkildə idarə olunması və Sifarişçi adından mərkəzləşdirilmiş icra nəzarət mexanizminin tətbiqi. · Sahə səfərləri/monitorinqlər, Kritik iş mərhələləri (məsələn, beton tökülmə, MEP inteqrasiyası, fasad montajı və s.) öncəsi icra hazırlıq yoxlamalarının (pre-activity checks) təşkil edilməsi. · Uyğunsuzluqların qeydə alınmasından sonra bağlanmasına qədər izlənilməsi 4) Müqavilə və maliyyə sənədlərinin texniki baxışı · BOQ və ölçmələrin faktiki icra ilə uyğunluğunun yoxlanılması · Ödəniş sertifikatlarının icra və müqavilə uyğunluğunun qiymətləndirilməsi · Variations/əlavə işlər və claims üzrə texniki əsaslandırmanın təhlili, Sifarişçi mövqeyinin formalaşdırılmasına dəstək 5) Podratçı və subpodratçıların texniki qiymətləndirilməsi · Texniki imkanların və icra qabiliyyətinin layihə miqyasına uyğunluğunun qiymətləndirilməsi · Texniki uyğunsuzluqlar üzrə rəsmi bildirişlərin hazırlanması və bağlanmasına qədər izlənilməsi · Aşağı performans hallarında düzəliş tədbirlərinin və zərurət olduqda heyət dəyişikliklərinin tələb edilməsi 6) Dövlət qurumları və üçüncü tərəflərlə koordinasiya · Müvafiq dövlət qurumları, kommunal xidmətlər və ekspertiza orqanları ilə texniki məsələlər üzrə proseslərin mütəmadi izlənilməsi. · İstismara qəbul prosesinin strukturlaşdırılmış şəkildə nəzarəti · Tənzimləyici risklərin qrafikə təsirinin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin müəyyən edilməsi 7) Hesabatlılıq və idarəçilik dəstəyi · Həftəlik və aylıq texniki hesabatların hazırlanması · Tikinti icra sənədlərinin (aktlar, jurnallar, icra cizgiləri və.s) və texniki sənəd arxivləşməsinin yoxlanılması.
Требования
- Tələb olunan bilik və bacarıqlar: · Daşınmaz əmlak və tikinti sahəsində normativ-hüquqi biliklər (AzDTN, Şəhərsalma və Tikinti Məcəlləsi) və beynəlxalq tikinti standartlarını araşdırma bacarığı. · Layihə, Müqavilə və BOQ sənədlərinin birgə texniki təhlili bacarığı. · AutoCAD, MS Office bilikləri (qabaqcıl Excel biliyi). · Tikinti metodologiyası, mərhələləşmə və icra risklərinin idarə olunması üzrə güclü bilik. · Müqavilə və texniki sənədlərlə işləmə bacarığı. · Güclü ünsiyyət, analitik və hesabat hazırlama bacarığı. · Texniki analiz və risk qiymətləndirmə bacarığı. Təhsil və iş təcrübəsi: · Mühəndislik və ya Tikinti İdarəetmə sahəsində Ali təhsil (İnşaat mühəndisliyi və s.) olmalı. · Tikinti və daşınmaz əmlak inkişaf layihələrində minimum 10 il ümumi peşəkar təcrübə olmalı. · Böyük miqyaslı və yüksək büdcəli layihələrdə icra idarəçiliyi təcrübəsi olmalı. · Bir çox layihə funksiyalarında (planlaşdırma, xərclərə nəzarət, texniki ofis, tender, müqavilələr) təcrübəyə üstünlük verilir. · Sifarişçi/İnvestor tərəfində iş təcrübəsinə üstünlük verilir. · Çox layihəli komandalarda iş təcrübəsinə üstünlük verilir.