Anbardar köməkçisi (Şirvan)
Təsvir
Əmtəə-maddi sərvətlərin anbara qəbul edilməsi, buraxılması və lazım gəldikdə geri qaytarılması proseslərində iştirak etmək; Malların anbar sahəsinə düzgün və səmərəli şəkildə yerləşdirilməsini təmin etmək; Mal-material, inventar, təkər, motor və sürtkü yağları, zəhərli maddələrin yüklənməsi və boşaldılması proseslərini təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək; Yükqaldırıcı platforma və avtoyükləyici texnikadan təhlükəsiz şəkildə istifadə etməklə yükləmə-boşaltma əməliyyatlarını icra etmək; Malların stellajlara yığılması və oradan götürülməsi zamanı göndəriş sənədlərinə uyğun işləmək; Sifarişçilərə malların təhvil verilməsi, sayılması və yüklənməsi proseslərində aktiv iştirak etmək; Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək; Yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək; Anbarın və fərdi iş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək, lazım gəldikdə ümumi təmizlik işlərində iştirak etmək; Nasazlıq və texniki uyğunsuzluqları dərhal rəhbərliyə bildirmək; Müəssisənin ətraf mühit və təhlükəsizlik prosedurlarına uyğun şəkildə tullantıların təmizlənməsi və təhlükəsiz iş şəraitinin qorunmasını təmin etmək.
Requirements
- Tələblər: Orta təhsil; Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi; Daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməli; Avtoyükləyici ilə işləmək üçün xüsusi sertifikat və vəsiqə arzuolunandır. Səriştə və bacarıqlar: Komandada işləmək bacarığı; Məsuliyyətli və etibarlı yanaşma; Düzgünlük və intizamlılıq; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində zəruri biliklərə malik olmaq. Əlavə məlumat: İş rejimi: 6 günlük iş qrafiki; Əmək haqqı: Razılaşma yolu ilə;