Vacancies
PP

Aparıcı memar

PMD Projects LLC

Təsvir Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək; Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək; Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək; Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan aşağıdakı tərəflərlə yaxın əməkdaşlıq etmək; Departament daxili və layihəyə cəlb edilmiş komanda ilə; Maraqlı tərəflər ilə; Layihəçi təşkilatlara aid layihələndirmə heyətləri ilə; Məsləhətçilər və eləcə də dizayn prosesinə töhfə verən bütün mütəxəssislər ilə; Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq; Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək; İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək; Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.

Requirements

  • Ali təhsil: Memarlıq ixtisası üzrə;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5 il (tikinti və ofis) iş təcrübəsi;
  • Tikinti normativ sənədləri barədə biliklər: AzDTN, SNİP, NFPA;
  • Dil bilikləri: Azərbaycan dili - səlis,İngilis dili - yaxşı;
  • Kompüter bilikləri: MS Office, AutoCAD.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Back