Vacancies
MA

Aparıcı mühasib (Bakı)

Mətanət A Şirkətlər Qrupu

Təsvir

Vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasını təmin etmək; Xammal, material, yarımfabrikat və hazır məhsulun hərəkətinin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək; Məhsul buraxılışı əməliyyatlarının sistemə işlənməsi və istehsalata aid müxabirləşmələrin dügünlüyünü təmin etmək; Məhsulun maya dəyərinin hesablanmasını və istehsal xərclərinin düzgün bölüşdürülməsini həyata keçirmək; İstehsalat üzrə faktiki sərfiyyatların reseptura və normativlərə uyğunluğunu analiz etmək; Anbar uçotu ilə mühasibat uçotunun uyğunluğunu yoxlamaq və inventarizasiya prosesində iştirak etmək; İstehsal tullantıları, itkilər və çatışmazlıqlar üzrə uçotun düzgün aparılmasını həyata keçirmək; Daxil olan e-qaimələrin və idxal əməliyyatlarının sistemə işlənməsini həyata keçirmək və e-qaimələrin təsdiq prosesinə nəzarət etmək; Əsas vəsaitlər üzrə əməliyyatların (satış, alış, silinmə və s.) sistemə düzgün formada işlənməsini təmin etmək; Vergi bəyannamələrinin (ƏDV, ÖMV, Torpaq vergisi, Əmlak Vergisi, Mədən vergisi, Vahid bəyannamə) hazırlanması və təqdim edilməsi (tələb olunduqda); İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formalarının hazırlanıb vergi orqanına təqdim edilməsi; Bütün statistik hesabatların təqdim edilməsi; Müəssisədaxili prosedur və maliyyə intizamına riayət olunmasını təmin etmək.

Requirements

  • Təhsil: Ali (Iqtisadi təhsil); İş təcrübəsi: 3 ildən az olmayaraq; Sertifikat: PMS, IFRS-lə bağlı sertifikatlar; Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili orta səviyyə; Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək; Ölkədaxili ezamiyyət imkanları. İş şəraiti: İş saatı: 09:00-dan 18:00-dək; İstirahət: Şənbə və bazar günü; İş yeri: Luxen Plaza 12-ci mərtəbə. Biz nə təklif edirik: Əmək haqqı; Razılaşma yolu ilə; Dinamik və gənc komanda ilə iş imkanı.
Back