Vacancies
PL

Baş menecer köməkçisi (Sənədləşmə və Koordinasiya üzrə)

Prosys LLC

Kimləri axtarırıq? PROSYS MMC olaraq şirkətin İT layihələri və daxili prosesləri üzrə sənədləşmə işlərini icra edəcək, layihə sənədlərinin tərtibi və izlənilməsini reallaşdıracaq, müştərilərlə operativ əlaqə saxlayaraq baş menecerə assistentlik edəcək, vaxtın idarə edilməsində dəqiq və məsuliyyətli Baş menecer köməkçisi axtarırıq. Ünvan - Bakı / Full-time Əsas məsuliyyətlər: Müştərilər və tərəfdaşlarla layihə sənədlərinin ilkin formasını hazırlamaq Layihə sənədlərinin hüquqi və inzibati təsdiq prosesini izləmək Texniki tapşırıqların (SRS, BRD), layihə planlarının və aktların rəsmiləşdirilməsində baş menecerə sənəd səviyyəsində köməklik göstərmək Müştərilərlə gündəlik rəsmi yazışmaları aparmaq və görüşləri koordinasiya etmək Müştərilərdən gələn sorğuları qəbul edərək aidiyyatı üzrə yönləndirmək Baş menecerin iş təqvimini idarə etmək Layihələrin sənədləşmə və icra "deadline"larını (son tarixlərini) nəzarətdə saxlamaq Görülmüş işlər üzrə hesabatları hazırlamaq Layihə sənədlərinin daxili sistemdə nizamlı şəkildə arxivləşməsini təmin etmək

Requirements

  • Ofis meneceri, kargüzarlıq, layihə koordinatoru və ya hüquq/biznes assistenti sahəsində minimum 1-2 il iş təcrübəsi (İT sahəsində sənədləşmə təcrübəsi üstünlükdür) Korporativ sənəd dövriyyəsi, rəsmi məktublaşma və layihə sənəd şablonları ilə işləmək bacarığı Eyni anda bir neçə inzibati tapşırığı vaxtında və dəqiq çatdırmaq qabiliyyəti (Multi-tasking) Müştərilərlə peşəkar, səbirli və korporativ ünsiyyət qurma bacarığı MS Office (xüsusilə Word, Excel, Power Point və Microsoft Project) proqramlarından mükəmməl istifadə bacarığı Jira, Trello və ya oxşar layihə idarəetmə platformaları ilə ilkin tanışlıq Analitik düşüncə və detallara diqqət Özünüidarəetmə, tapşırıqların müstəqil icra olunması və məsuliyyətlilik kimi keyfiyyətlərə malik olmaq Azərbaycan dili – sərbəst (mükəmməl yazı qaydaları ilə), İngilis dili və Rus dili üstünlükdür Niyə PROSYS? Korporativ idarəetmə və İT sahəsində sənədləşmə standartlarını peşəkar komandadan öyrənmək imkanı Karyera inkişafı (Gələcəkdə Layihə Meneceri / PMO mütəxəssisi və ya Əməliyyat meneceri istiqamətində) Dinamik və peşəkar komanda Rəqabətli əmək haqqı İş şəraiti: 5 günlük iş qrafiki (09:00 – 18:00) Şənbə, bazar – istirahət Əmək haqqı: müsahibə əsasında CV-ni mövzu hissəsində “Baş menecer köməkçisi” qeyd edərək
Back
PL
Baş menecer köməkçisi (Sənədləşmə və Koordinasiya üzrə)
Prosys LLC
Apply Now
Posted: 01 July 2026
Deadline: 01 August 2026
Company Prosys LLC
Country Azerbaijan
City Baku
Job type Full-time
Source ID 144635
Views 20

Detail.Share