Vacancies
FB

Baş Mühasib

FinexKredit BOKT

Requirements

  • Ali təhsil (maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat sahəsində).
  • iqtisadiyyat sahəsində ali təhsil və mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması.
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatının olması.
  • Minimum 5 il mühasibatlıq sahəsində, o cümlədən ən azı 3 il maliyyə sektorunda (BOKT, bank və ya maliyyə qurumu) iş təcrübəsi.
  • Beynəlxalq mühasibat standartları (IFRS) və milli uçot standartları üzrə nəzəri və praktik biliklər.
  • Vergi qanunvericiliyi, mühasibat uçotu standartları, Mərkəzi Bankın normativ sənədləri və BOKT-lar haqqında qanunvericilik üzrə biliklər.
  • Maliyyə hesabatlarının tərtibində, büdcələşmədə və xərclərə nəzarətdə praktiki bacarıqlar.
  • MS Office proqramları, bank-mühasibat proqramları ilə işləmə bacarığı.
  • Analitik təhlil qabiliyyəti, hesabatlılıq və operativ qərarvermə bacarığı.
  • Yüksək məsuliyyət, dəqiqlik və dürüstlük.
  • Komandada işləmək və rəhbərlik etmək bacarığı.
  • Kommunikasiya və təqdimat bacarıqları.
  • Baş Mühasibin - Öhdəlikləri Cəmiyyətin mühasibat uçotu sisteminin təşkili və aparılmasına ümumi rəhbərlik;
  • Maliyyə əməliyyatlarının qanunvericiliyə və daxili qaydalara uyğunluğunun təmin edilməsi;
  • Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanmasına rəhbərlik və təsdiq üçün təqdim edilməsi;
  • Vergi öhdəliklərinin düzgün hesablanması və vaxtında yerinə yetirilməsinə nəzarət;
  • Büdcələşdirmə və maliyyə planlaşdırılması proseslərinin təşkili;
  • Nağd və qeyri-nağd pul vəsaitlərinin idarə olunmasına nəzarət;
  • Bank hesabları üzrə əməliyyatların və likvidliyin idarə olunması;
  • Daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin tətbiqi;
  • Maliyyə intizamının təmin edilməsi və nəzarət prosedurlarının gücləndirilməsi;
  • Əsas vəsaitlərin, ehtiyatların və digər aktivlərin uçotunun düzgün təşkilinə nəzarət;
  • Debitor və kreditor borclarının idarə olunması;
  • Daxili və xarici audit yoxlamaları ilə qarşılıqlı əməkdaşlıq və məlumatların təqdim edilməsi;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına nəzarət;
  • Maliyyə siyasətinin və prosedurlarının hazırlanması və tətbiqi;
  • Şirkətin maliyyə dayanıqlığının və rentabelliyinin təhlili;
  • Rəhbərliyə maliyyə vəziyyəti ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinin təşkili və qiymətləndirilməsi.
  • Əmək haqqı Razılaşma əsasında.
  • Qeyd olunan tələblərə uyğun gələn namizədlər “ Baş mühasib ” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını,
Back