Baş mühasib
Təsvir
· Şirkətin mühasibat uçotunun Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Beynəlxalq Mühasibat Uçotu Standartlarına (IFRS) uyğun olaraq düzgün təşkil edilməsi və aparılması; · Mühasibat yazılışlarının və xərc bölgülərinin düzgünlüyünün yoxlanılması; · İstehsal və bağçılıq fəaliyyəti üzrə xərclərin uçotu, təhlili və nəzarətinin həyata keçirilməsi; · Bioloji aktivlərin, əsas vəsaitlərin və ehtiyatların uçotuna nəzarət edilməsi; · Aylıq və illik maliyyə bağlanış proseslərinin həyata keçirilməsi; · Təchizatçılarla hesablaşmaların, ödəniş cədvəllərinin, debitor və kreditor borcların idarə olunması,nəzarətdə saxlanılması; · Büdcə və idarəetmə hesabatlılığı proseslərində iştirak edilməsi; · Şirkətin gəlir və xərclərinin monitorinqinin aparılması, maliyyə intizamına nəzarət edilməsi və maliyyə siyasətinin tətbiqinin təmin olunması; · Rüblük,illik inventarizasiya proseslərinin təşkili və nəticələrinin düzgün uçotunun təmin edilməsi ; · Daxili və xarici audit sorğularının cavablandırılması, audit proseslərinin koordinasiyası.
Requirements
- Baş mühasib vəzifəsində minimum 5 il, ümumilikdə isə minimum 8 il iş təcrübəsi; İstehsalat və kənd təsərrüfatı sektorunda iş təcrübəsi üstünlük hesab olunur; Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini mükəmməl bilmək; IFRS və Milli Mühasibat Uçotu Standartları üzrə biliklər; Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması təcrübəsi; Əsas vəsaitlərin, bioloji aktivlərin, ehtiyatların və istehsal xərclərinin uçotu üzrə biliklər; 1C ERP (8.3), Excel və digər maliyyə proqramlarında yüksək səviyyədə işləmək bacarığı; Analitik düşünmə, komanda idarəetməsi və yüksək ünsiyyət bacarıqları;