Vacancies
TR

Brokerlərlə İş üzrə Menecer

TREVA

İş şəraiti Şirkət: TREVA / Satış Departamenti İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək Məşğulluq növü: Tam ştat

Responsibilities

  • Müstəqil brokerlərin və daşınmaz əmlak agentliklərinin cəlb edilməsi və əməkdaşlığa qoşulmasının təmin edilməsi;
  • TREVA layihələrinin və brokerlər üçün nəzərdə tutulan komissiya sisteminin təqdim edilməsi;
  • Brokerlərin fəaliyyəti və müştəri statuslarının CRM sistemləri (Bitrix, Profitbase) üzərindən izlənməsi və nəzarətdə saxlanılması;
  • Müqavilələrin bağlanması, ödənişlərin aparılması və sənədləşmə prosesinə nəzarət;
  • Brokerlər üçün satış və layihələrə dair materialların mütəmadi yenilənməsi və aktual saxlanılması;
  • Brokerlərlə daimi kommunikasiya və onların aktivliyinin qorunması;
  • Brokerlərin fəaliyyəti və satışların gedişi barədə həftəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Yeni brokerlər üçün layihələr, sistemlər və satış prosesləri üzrə ilkin təlimlərin təşkili və dəstəyin göstərilməsi;
  • Komissiyaların düzgün uçotu və vaxtında ödənilməsinin təmin edilməsi məqsədilə maliyyə şöbəsi ilə əməkdaşlıq;
  • Brokerlərdən daxil olan rəy və təkliflərin marketinq şöbəsinə ötürülməsi, material və strategiyaların təkmilləşdirilməsi üçün dəstək verilməsi;
  • Brokerlər vasitəsilə bazar məlumatlarının və müştəri etirazlarının toplanması, rəhbərliyə təqdim edilərək satış strategiyasının optimallaşdırılması.

Requirements

  • CRM sistemləri (Bitrix, Profitbase və ya oxşar platformalar) ilə işləmə bacarığı;
  • Güclü ünsiyyət, izah və təqdimat qabiliyyəti;
  • Analitik düşünmə, hesabat aparma və məlumatları sistemləşdirmə bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək;
  • Rus dili tələb olunur, ingilis dili bilikləri üstünlükdür;
  • Komandada işləmə bacarığı, məsuliyyətlilik və operativlik.
  • Şirkətin Təklifləri: Yüksək bonuslar;
  • Profesional və müasir iş mühiti;
  • Karyera inkişafı və peşəkar təlim imkanları;
  • Şirkət tərəfindən tam dəstək və lazım olan resurslarla təminat.
Back