Vacancies
AY

Çağrı mərkəzi operatoru

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Təsvir

Çağrı mərkəzinə daxil olan telefon zənglərini müvafiq qaydalara uyğun operativ və peşəkar şəkildə cavablandırmaq; Vətəndaşların müraciətlərini qeydiyyata almaq, sorğuları cavablandırmaq və icraya alınan şikayətlər üçün müraciət vərəqələrini tərtib etmək; Zəruri hallarda sorğuları müvafiq struktur bölmələrə yönləndirmək; Fəaliyyət istiqamətləri üzrə Mərkəz rəhbərinə mütəmadi olaraq hesabatlar və təkliflər təqdim etmək; Zənglərə cavab verərkən mehriban, peşəkar və etik olmaq, təmin olunmuş qaydalara və təlimatlara uyğun şəkildə xidmət aparmaq; Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini və təhlükəsizlik qaydalarını məsuliyyətlə yerinə yetirmək.

Requirements

  • Ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Azərbaycan dilində səlis, mükəmməl danışıq qabiliyyəti; Rus dili – orta səviyyədə (İngilis dili arzuolunandır); Windows əməliyyat sistemi və MS Office proqramları üzrə sərbəst işləmək bacarığı; “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunları üzrə biliklər; "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası" üzrə biliklər; İnzibati Xətalar Məcəlləsi üzrə biliklər; Dinləmə, inandırma bacarıqları; Gərgin iş rejimində işləmə bacarığı; Düzgün diksiya; İşində diqqətli, məsuliyyətli, kollektivlə işləmək bacarığı. İş qrafiki: 6 günlük iş həftəsi (növbəli iş saatı ilə, axşam saatları daxil).
Back