SG
CCTV Texnik
Sinteks Group of Companies
Sinteks Şirkətlər Qrupu – “ CCTV Texnik ” axtarır! Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu : Şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinin fasiləsiz işləməsini təmin etməkdir.
Responsibilities
- Texniki dəstək və preventiv xidmət Video müşahidə (CCTV), audio, giriş-çıxışa nəzarət, oğurluğa qarşı və turniket sistemlərinin dayanıqlı və fasiləsiz işləməsini təmin edilməsi.
- Texniki sistemlər üzrə daimi monitorinqin aparılması, planlı profilaktik baxışların həyata keçirilməsi və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması.
- Kabel və infrastruktur işləri Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişinin icra edilməsi.
- Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmətin göstərilməsi.
- Layihələndirmə və keyfiyyətə nəzarət Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin iş icrasında iştirak edilməsi.
- Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirilməsi.
- Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaqda layihəçi ilə birlikdə iştirak edilməsi.
- İcra, qeydiyyat və hesabatlıq Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq.
- Daxil olan sorğuların müəyyən edilmiş müddətlər çərçivəsində icrasını təmin etmək və nəticələr barədə aidiyyəti üzrə məlumat vermək.
- Görülmüş işlər və icra olunmuş layihələr üzrə mütəmadi və yekun hesabatlar hazırlamaq və təqdim etmək.
Requirements
- Professional biliklər: CCTV, IP və analoq kamera, DVR/NVR və video-müşahidə sistemləri üzrə praktiki biliklər.
- (Bu tələb CV-də CCTV sistemləri, IP/analog kameralar, DVR/NVR avadanlıqları, video-müşahidə sistemlərinin quraşdırılması, sazlanması və/və ya texniki dəstəyi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir) Zəif axın, şəbəkə və kabel infrastrukturu üzrə baza bilik və praktiki bacarıqlar.
- (Bu tələb CV-də LAN/WLAN, IP şəbəkələr, router/access point, patch panel/rack, kabel çəkilişi və/və ya kommunikasiya avadanlıqlarının quraşdırılması/sazlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir) Audio və/və ya AV avadanlıqlarının quraşdırılması və sazlanması üzrə praktiki bilik və ya iş təcrübəsi.
- CompTIA A+, CCNA və ya oxşar IT/şəbəkə üzrə müvafiq sertifikatlar arzuolunandır.
- Rus dili biliyi: A2 və ya daha yüksək səviyyələr;
- Təhsil: IT, informasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya müvafiq texniki sahə üzrə ali və ya orta-ixtisas təhsili.
- İş təcrübəsi : CCTV/video-audio, təhlükəsizlik sistemləri, giriş-çıxışa nəzarət, zəif axın və ya şəbəkə infrastrukturu üzrə ən azı 1 il iş təcrübəsi.
- Professional bacarıq və kompetensiyalar: Problem həlletmə Zamanın idarəolunması Çeviklik Vakansiya ilə maraqlanan namizədlər “