Vacancies
AC

Daxili nəzarət üzrə mütəxəssis

Avant Construction

Responsibilities

  • Satınalma sifarişlərinin (PO) müqavilələrə, təsdiqlənmiş büdcələrə və satınalma prosedurlarına uyğunluğunun yoxlanılması.
  • Tender proseslərinin şirkətin daxili qaydalarına və prosedurlarına uyğun aparılmasına nəzarət edilməsi, Tender qərarlarının, qiymətləndirmə protokollarının və təsdiqedici sənədlərin mövcudluğunun yoxlanılması.
  • Satınalma qiymətlərinin müqavilə, bazar qiymətləri və təsdiqlənmiş təkliflərlə uyğunluğunun təhlil edilməsi.
  • Əmək haqqı hesablamalarının yoxlanılması, əmək haqqı reyestrlərinin bank çıxarışları və mühasibat məlumatları ilə uzlaşdırılması.
  • 1C proqramı üzrə kontragent hərəkətlərinin, qarşılıqlı hesablaşmaların və qalıqların yoxlanılması, material alışları, anbar hərəkətləri və əlaqəli hesabatların təhlil edilməsi.
  • Maliyyə hesabatlarının 1C proqramındakı məlumatlarla uyğunluğunun yoxlanılması.
  • Rəhbərlik tərəfindən verilən operativ və təcili tapşırıqlar üzrə yoxlamaların aparılması və nəticələrin hesabatlaşdırılması.
  • Aşkarlanmış uyğunsuzluqların sənədləşdirilməsi, səbəblərinin araşdırılması və düzəldici tədbirlərlə bağlı təkliflərin hazırlanması.
  • Daxili nəzarət yoxlamalarının nəticələri üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Requirements

  • Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • Daxili nəzarət, audit, maliyyə sahəsində minimum 2 il iş təcrübəsi.
  • Satınalma, tender və mumakil prosesləri üzrə biliklər.
  • Əmək haqqı hesablamaları və maliyyə sənədləri ilə işləmək bacarığı.
  • 1C proqramında sərbəst işləmək bacarığı.
  • MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və s.).
  • Analitik düşünmə, diqqətlilik və məsuliyyətlilik.
  • Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı.
  • Güclü ünsiyyət və komanda ilə işləmə bacarıqları.
  • Üstünlük veriləcək Tikinti, daşınmaz əmlak və ya layihə yönümlü şirkətlərdə iş təcrübəsi.
  • Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət sahəsində əlavə təlim və sertifikatlar.
  • ERP sistemləri və maliyyə hesabatlılığı üzrə biliklər.
  • Şəxsi keyfiyyətlər Yüksək etik davranış və məxfilik prinsiplərinə riayət etmə.
  • Detallara diqqət.
  • Problem həll etmə və araşdırma bacarıqları.
  • Vaxtın düzgün idarə edilməsi və nəticəyönümlülük.
  • Əlavə məlumat: İş qrafiki: 5/2, 09:30-18:30 Nahar şirkət tərəfindən təmin edilir İş yeri: Çıraq Plaza Tiblisi pr 49C Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsinə uyğun) Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “ Daxili nəzarət üzrə mütəxəssis ” yazaraq
Back