Əməliyyat üzrə menecer müavini
Təsvir
• Ticarət mərkəzinin fiziki idarə edilməsi ilə yanaşı, onun mühafizə, təhlükəsizlik, təmizlik işlərinin idarə edilməsi, bina və avadanlıqların saxlanılması daxil olmaqla ümumi əməliyyat məsələlərini idarə etmək; • İcarəçilərin və qonaqların bütün tələblərinə cavab vermək üçün ticarət mərkəzində gündəlik əməliyyatları ən yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla idarə etmək; • Ticarət mərkəzinin daxilində və xaricində bütün sahələrə ümumi nəzarət və üzərinə düşən vəzifələrin yerinə yetirilməsi; • Bütün əməliyyat, təhlükəsizlik və təmizlik, eləcə də üçüncü tərəf işçilərini nəzarət sistemi çərçivəsində yüksək məhsuldarlığı təmin etmək üçün nəzarətdə saxlamaq; • İcarəçilərə və ticarət mərkəzinin qonaqlarına yüksək keyfiyyətli xidməti təmin etmək üçün Məlumat Mərkəzi Xidmətinə nəzarət etmək; • Daima ərazidə olmaq, problemlər baş verən kimi dərhal onları həll etmək, qabaqlayıcı tədbirləri həyata keçirmək və yuxarı rəhbərliyi daim məlumatlandırmaq; • PAŞA Malls şirkətinin Korporativ dəyərlərini, Etik normalar, Hədiyyə və Əyləncə siyasətini, eləcə də şirkətin digər siyasət və prosedurlarının təşviq etmək və qorumaq; • Ticarət Mərkəzinin meneceri və Əməliyyat üzrə menecerin tapşırdığı digər işləri yerinə yetirmək.
Requirements
- Biznesin idarəetməsi, marketinq, ticarət, idarəetmə, maliyyə və ya oxşar sahələr üzrə diplom. • Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq bacarığı. • Ms Ofis (Word, Excel, Power Point) proqramlarında işləmək bacarıqları. • Qonaqpərvərlik və ya qonaq(müştəri) xidmətləri sahəsində təcrübə. • Yaxşı qonaq xidməti və təşkilatçılıq bacarığı. • Şəxslərarası münasibətlər qurmaq bacarığı və bütün səviyyələrdə işçilərlə səmərəli qarşılıqlı əlaqə qura bilmək. • İnzibati detalları və gündəlik işləri idarə etmək bacarığı; gündəlik məsələləri müstəqil şəkildə, məsuliyyəti öz üzərinə götürərək həll etmək. • Güclü təşkilatçılıq bacarıqları, çoxsaylı tapşırıqları eyni zamanda yerinə yetirmək bacarığı. • Vaxtın düzgün idarəedilməsi bacarıqları və işi prioritetləşdirmək bacarığı. • Detallara diqqət və problem həll etmə bacarığı. • Böyük komandanın bir hissəsi kimi çalışmaq, həmçinin müstəqil işləmək bacarığına sahib olmaq.