Ətraf Mühit üzrə Mühəndis / Ekoloq
"SAMT" MMC-də "Ətraf Mühit üzrə Mühəndis / Ekoloq" vakansiyası mövcuddur. İş yeri: Sumqayıt / Xızı Əsas öhdəliklər: Ətraf mühit üzrə plan, prosedur və tədbirlər planlarını hazırlamaq və tətbiqini təmin etmək; İstehsalat fəaliyyətlərinin ətraf mühitə təsirlərini qiymətləndirmək və ekoloji risklərin idarə olunmasını təmin etmək; Yerli qanunvericiliyin və ISO 14001:2015 standartının tələblərinə uyğunluğu təmin etmək; Ekoloji yoxlamalar, auditlər və monitorinq proqramlarını hazırlamaq və həyata keçirmək; Tullantıların idarə olunması, su sərfiyyatı və çirkab suların təmizlənməsi proseslərinə nəzarət etmək; Atmosfer emissiyalarına, o cümlədən İstilik Effekti Yaradan Qazların (İEYQ) mənbələrinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq; Dövlət orqanları və beynəlxalq audit təşkilatları ilə əlaqələri koordinasiya etmək və müvafiq hesabatları hazırlamaq; Ekoloji maarifləndirmə tədbirlərini həyata keçirmək və maraqlı tərəflərlə əməkdaşlığı təmin etmək.
Requirements
- Ətraf mühit mühəndisliyi, ekologiya və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə təlim və sertifikatların olması üstünlük hesab olunur;
- ISO 14001:2015 – Ətraf Mühitin İdarəetmə Sistemləri üzrə auditor sertifikatının olması arzuolunandır;
- İngilis dili biliyi sərbəst danışıq səviyyəsində;
- Ətraf mühitə təsirlərin azaldılması sahəsində praktiki təcrübə;
- Tullantıların idarə olunması sistemləri üzrə praktiki bilik və təcrübə;
- MS Office proqramları ilə işləmə bacarığı.
- Şirkət tərəfindən verilən imtiyazlar: Nahar;
- Könüllü tibbi sığorta;
- Korporativ mobil nömrə;
- Servis nəqliyyatı.
- Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ətraf Mühit üzrə Mühəndis / Ekoloq” qeyd etməklə