Government & International Relations Manager
Təsvir
Vəzifə haqqında HeadStart komandası dövlət qurumları, beynəlxalq təşkilatlar və strateji tərəfdaşlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək Government & International Relations Manager axtarır. Bu vəzifənin əsas məqsədi təşkilatın dövlət və beynəlxalq əlaqələrini gücləndirmək, yeni əməkdaşlıq imkanlarını müəyyən etmək və təşkilatı yerli və beynəlxalq səviyyədə uğurla təmsil etməkdir. Əsas vəzifələr Dövlət qurumları, nazirliklər, agentliklər və digər rəsmi qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi; Beynəlxalq təşkilatlar, donor qurumlar, səfirliklər, xarici universitetlər və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın təşkili və idarə olunması; Strateji tərəfdaşlıqların yaradılması və yeni əməkdaşlıq imkanlarının araşdırılması; Rəsmi məktubların, memorandumların (MoU), əməkdaşlıq müqavilələrinin və təqdimat materiallarının hazırlanması; Təşkilatı dövlət və beynəlxalq səviyyəli görüşlərdə, forumlarda, konfranslarda və tədbirlərdə təmsil etmək; Dövlət proqramları, beynəlxalq layihələr, qrant və əməkdaşlıq imkanlarını izləmək və dəyərləndirmək; Xarici tərəfdaşlarla danışıqlar aparmaq və əməkdaşlıq prosesini koordinasiya etmək; Təşkilatın strateji məqsədlərinə uyğun yeni layihələrin və tərəfdaşlıqların təşəbbüsünü irəli sürmək; Rəhbərliyə əməkdaşlıqlar və xarici əlaqələr üzrə mütəmadi hesabatlar təqdim etmək.
Requirements
- Tələblər Ali təhsil; Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; rus dili minimum B2 səviyyəsi; Güclü təqdimat, ünsiyyət və danışıqlar aparmaq bacarığı; Rəsmi yazışma qaydalarını və işgüzar etiketi mükəmməl bilmək; Analitik düşünmə, təşəbbüskarlıq və nəticəyönümlü yanaşma; Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; Ezamiyyətlərdə iştirak etmək imkanı. Biz təklif edirik Dövlət və beynəlxalq səviyyəli layihələrdə iştirak imkanı; Peşəkar və dinamik iş mühiti; Karyera inkişafı və davamlı təlim imkanları; Yerli və beynəlxalq tərəfdaşlarla geniş əməkdaşlıq şəbəkəsində çalışmaq imkanı; Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiya sistemi.