Hava Gəmiləri və Cədvəl planlaşdırılması şöbəsi, Mühəndis
Təsvir
Hər mövsüm üçün uçuş cədvəllərinin hazırlanmasında və təyyarə rotasiyalarının optimallaşdırılmasında iştirak etmək; Təyyarə rotasiya planlarını hazırlamaq və səmərəli cədvəlin təmin edilməsi məqsədilə məlumat təhlilləri aparmaq; Təyyarə parkının səmərəli istifadəsini təmin etmək üçün mövcud cədvəlləri izləmək və onların effektivliyini qiymətləndirmək; Əməliyyatlarda yarana biləcək problemləri vaxtında təhlil etmək və onların həlli üçün müvafiq tədbirlər görmək; Mövcud cədvəllərin optimallaşdırılması və təyyarə rotasiya planlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; Təyyarə parkının optimal istifadəsini və əməliyyatların səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə cədvəl dəyişiklikləri ilə bağlı təkliflər irəli sürmək; Cədvəl planlarının əməliyyat tələblərinə və kommersiya hədəflərinə uyğunluğunu təmin etmək üçün digər departamentlərlə əməkdaşlıq etmək; Digər komandalarla sıx əməkdaşlıq edərək cədvəllərin icrasını təmin etmək və əməliyyatlarda yaranan problemləri vaxtında həll etmək.
Requirements
- Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır; Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint; Yazılı və şifahi ünsiyyət bacarıqları; Problemlərin həlli bacarığı; Təqdimat bacarıqları; Öyrənmə qabiliyyəti; Dəyişikliklərə uyğunlaşma bacarığı; Komandada işləmək bacarığı.