HoReKa üzrə satış təmsilçisi (ekspeditor)
Əmək funksiyası: Hotel, restoran, kafe və şadlıq sarayları ilə əməkdaşlığın qurulması və şirkət tərəfindən istehsal olunan məhsullarlın onlara satılması; Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış məntəqələrində satışını təmin etmək, bununla bağlı yaranan problemləri aradan qaldırmaq; Müştərilərlə müqavilə bağlanmasını təmin etmək, onlarla işgüzar münasibətlər yaratmaq və davam etdirmək; Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir; Nümayəndəsi olduğu satış bölgəsini yaxşı tanımaq, yeni müştəriləri müəyyən edərək onları şirkətə cəlb etmək; Sifarişlərin qəbul olunması; Müştəri məmnuniyyətini saxlamaq; Ticarət nöqtələrinin inkişaf etdirilməsi; Daxili nizamnamə və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri və öhdəlikləri vaxtında və səmərəli şəkildə yerinə yetirmək.
Requirements
- Vakansiya bəy və xanım namizədlər üçün nəzərdə tutulub;
- HoReKa sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
- Spirtli içkilər kateqoriyası ilə iş təcrübəsi;
- Namizədin şəxsi avtomaşınının olması mütləqdir;
- Bakı və Bakı ətrafı əraziləri tanıması və müəyyən müştəri bazasının olması;
- CV formasına ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
- İş şəraiti: İş yeri Bakı İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00 Nahar fasiləsi 13:00 – 14:00 Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır Mövzü yerinə “HoReKa” yazıb