Vacancies
MA

İnsan Resursları Departament Direktoru

Mətanət A Şirkətlər Qrupu

Təsvir

Şirkətin biznes hədəflərinə uyğun HR strategiyası və büdcəsinin hazırlanması və icrasına nəzarət; HR kargüzarlığının və sənədləşmənin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun təşkilinə nəzarət etmək; İşçi heyətinin planlaşdırılması, işə qəbul, qiymətləndirmə, motivasiya və təlim sistemlərinin qurulmasına rəhbərlik etmək; Vakansiyalar üzrə namizədlərin seçilməsi, müsahibələrin təşkili və müasir qiymətləndirmə metodlarının tətbiqini həyata keçirmək; İşçilərin motivasiya və demotivasiya faktorlarını təhlil edərək effektiv motivasiya proqramları hazırlamaq; Qrup şirkətlərinin təşkilati strukturunu təhlil etmək, boşluqları müəyyənləşdirmək və çevik struktur modeli formalaşdırmaq; Vəzifə adları, dərəcələr və funksional öhdəliklərin qruparası uyğunlaşdırılmasını (grading və alignment) həyata keçirmək; Bütün qrup üzrə vahid HR siyasətinin – işə qəbul, adaptasiya və işdən ayrılma prosedurlarının tətbiqini təmin etmək; Performans və KPI sisteminin qurulması və ölçülə bilən nəticələrin təmin edilməsi; Daxili rotasiya və karyera inkişaf mexanizmlərini tətbiq etməklə kadr ehtiyatının effektiv idarə olunması; Təlim ehtiyaclarının müəyyən edilməsi və əməkdaşların inkişaf planlarının hazırlanması. HR fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.

Requirements

  • Ali təhsil; İnsan resurslarının idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi; Böyük heyətlə (minimum 1000 nəfər) işləmə təcrübəsi; İşçi heyətinin planlaşdırılması, işə qəbul, performansın qiymətləndirilməsi, motivasiya və təlim sistemləri üzrə praktiki bilik; Azərbaycan Respublikasının əmək qanunvericiliyini mükəmməl səviyyədə bilmək; MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmə bacarığı; SAP proqramında işləmə bacarığı; Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək; Analitik düşünmə, yüksək ünsiyyət və təqdimat bacarıqları; Məsuliyyətlilik və detallara diqqət. İş şəraiti İş vaxtı: 09:00 – 18:00 İstirahət günləri: Şənbə və Bazar Əməkhaqqı: Razılaşma əsasında Sınaq müddətindən (3 ay) sonra könüllü tibbi sığorta ilə təmin olunma imkanı
Back