Vacancies
GI

İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis

Giltex

İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis Vəzifənin qısa təsviri: İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis əməkdaş məlumatlarının idarə edilməsi, iş vaxtının uçotu, əməkhaqqı proseslərinə dəstək, əmək münasibətlərinin inzibatçılığı, sığorta hesabatlılığı və HR uyğunluğunun təmin edilməsi daxil olmaqla İnsan Resursları üzrə əməliyyat proseslərinin effektiv icrasına cavabdehdir. Bu vəzifə üzrə əməkdaş HR məlumatlarının düzgün və dəqiq aparılmasını təmin edir, əməkhaqqı və audit proseslərinə dəstək göstərir, HR hesabatlarını vaxtında hazırlayır və əmək münasibətləri ilə bağlı əməliyyat məsələlərinin icrasında iştirak edir. Əsas

Responsibilities

  • Əməkdaşların aylıq iş vaxtının uçotu hesabatlarını hazırlamaq və yoxlamaq.
  • ERP sistemində əməkdaşlarla bağlı məlumatları mütəmadi olaraq daxil etmək, yeniləmək və idarə etmək, məlumatların düzgünlüyünü, ardıcıllığını və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək.
  • Əməkhaqqının hesablanması üçün təqdim edilən məlumatlarla bağlı sorğuları cavablandırmaq.
  • Əməkhaqqının hesablanması üçün tələb olunan İnsan Resursları məlumatlarını aidiyyəti şöbəyə təqdim etmək.
  • Xəstəlik vərəqələrini, analıq məzuniyyətlərini və qismən ödənişli sosial məzuniyyət əmrlərini müvafiq dövlət informasiya sistemlərində qeydiyyata almaq.
  • İstehsalat qəzaları və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları üzrə icbari sığorta müqavilələrini gündəlik olaraq yeniləmək.
  • Həyatın yığım sığortası üzrə aylıq ödəniş hesabatlarını hazırlamaq və bununla bağlı sistem əməliyyatlarını icra etmək.
  • İş yerində intizam pozuntuları üzrə hesabatlar hazırlamaq və rəhbərliyi müvafiq qaydada məlumatlandırmaq.
  • Əmək münasibətləri ilə bağlı əməkdaşların və rəhbərliyin suallarını cavablandırmaq, zəruri məsləhət və dəstək göstərmək.
  • Daxili və xarici audit proseslərinə tələb olunan sənədləri və məlumatları təqdim etməklə dəstək göstərmək.
  • Rəhbərlik üçün aylıq İnsan Resursları hesabatlarını və məlumat xülasələrini hazırlamaq.
  • Tələb olunan kvalifikasiyalar: Hüquq, Biznesin İdarə Edilməsi, İnsan Resurslarının İdarə Edilməsi və ya müvafiq ixtisas üzrə bakalavr dərəcəsi.
  • İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi, istehsal mühitində təcrübəyə üstünlük verilir.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə dərin biliklərə malik olmaq və bu bilikləri praktikada effektiv şəkildə tətbiq etmək bacarığı.
  • Tələb olunan bacarıqlar: İnsan Resurslarının inzibatçılığı və əmək münasibətləri ilə bağlı elektron dövlət informasiya sistemləri və portalları ilə iş təcrübəsi.
  • Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı.
  • İnsan Resursları əməliyyatlarında istifadə olunan ERP sistemləri ilə praktiki iş təcrübəsi.
  • Güclü analitik düşünmə, planlaşdırma və koordinasiya bacarıqları, komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
  • Azərbaycan dili sərbəst, ingilis dili arzuolunandır.
  • Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini

Requirements

  • Bachelor’s degree in law, Business Administration, Human Resources, or a related field.
  • Minimum 5 years of experience in Human Resources, preferably in a manufacturing environment.
  • Strong knowledge of the Labor Code of the Republic of Azerbaijan and related labour legislation, with the ability

Requirements

  • Experience working with electronic government portals related to HR administration and labour processes.
  • Good command of Microsoft Office applications.
  • Hands-on experience with ERP systems used in HR operations.
  • Strong analytical thinking, organizational and coordination

Requirements

  • , teamwork, and communication abilities.
  • Fluency in Azerbaijani;
  • English is preferred.
  • Candidates meeting the below-stated criteria are requested to send their resumes/CVs to the e-mail address in the
Back
GI
İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis
Giltex
Apply Now
Posted: 13 July 2026
Deadline: 13 August 2026
Company Giltex
Country Azerbaijan
City Sumgait
Job type Full-time
Source ID 145807
Views 22

Detail.Share