İnsan resursları üzrə mütəxəssis
Təsvir
Vəzifə öhdəlikləri: Əmək qanunları və standartlarını tətbiq etmək, işçi və işəgötürən arasında müqavilələrin qanunvericiliyə uyğun olmasını təmin etmək; İşçilərlə əmək müqavilələrinin hazırlanması, yenilənməsi və sonlandırılması proseslərini idarə etmək; İşçinin əmək haqqı və işə davamiyyət qeydlərində lazımi düzəlişlərin edilməsi; Rəsmi əmrlərin (məzuniyyət, ezamiyyət, təyinat və s.) hazırlanması, təsdiqlənməsi və imzalanması; Məzuniyyət dövrlərini müvafiq sistemlərdə qeydiyyata almaq; Portalda aparılan bütün əməliyyatların dəqiq və qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsi; Qanunvericilikdəki dəyişikliklərin monitorinqi və bu məlumatların iş prosedurlarına və siyasətlərinə inteqrasiyası. İş şəraiti: İş qrafiki: 08:30 – 17:30 (B.e. – Cümə) Əmək haqqı: 700 – 1160 AZN İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Requirements
- Ali təhsil; İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (istehsalat təcrübəsi üstünlükdür); Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək; Kadr sənədləşməsi və HR prosesləri üzrə təcrübə; MS Office, 1C, ISB, ƏMAS və Elektron Hökumət sistemləri ilə işləmək bacarığı; Analitik düşünmə və effektiv ünsiyyət bacarığı; Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.