İnsan Resursları üzrə mütəxəssis
Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “İnsan Resursları üzrə mütəxəssis” axtarılır! Əmək funksiyası: İşçilərin əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir. Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi prosesini rəsmiləşdirir; Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir; İşə qəbul, orientasiya və adaptasiya proseslərini icra edir; İşə qəbulla bağlı hesabatları hazırlayır “stay” və “exit” intervyuları həyata keçirərək işçi məmnuniyyəti datasını yaradır; Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır; Şöbənin rəsmi əməliyyatlarının ƏMAS portalında qeydiyyatını aparır; Bilməlidir: Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını. Təsərrüfat xidmətləri işinin yerinə yetirilməsinin təşkilini; Yuxarı orqanların qərar, sərəncam və göstərişlərini; idarə, təşkilat və müəssisələrin inzibati-təsərrüfat xidmətinə dair metodiki, normativ və başqa göstərişverici materialları, idarə, təşkilat və müəssisənin quruluşunu və onun inkişaf perspektivlərini, digər təşkilatlarla müqavilələrin bağlanması qaydalarını və tərtibini; ƏMAS portalında sərbəst işləmək bacarığı İş qrafiki: Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir. İstirahət günü: Şənbə və Bazar günü
Requirements
- Ali təhsil İngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür MS Office proqramları Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi İxtisas: İqtisadiyyat və idarəetmə Namizədlərin dəyərləndirilmə prosesi: Birinci mərhələ - Əmək məcəlləsindən test imtahanı, İnsan resursları şöbə rəsi ilə müsahibə İkinci mərhələ - Zavod müdiri ilə görüş, İşə qəbul Təminatlar: Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
- Tələblərə uyğun gələn namizədlər CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı altında qeyd edərək