İşə qəbul üzrə mütəxəssis
Təsvir
Struktur bölmələrdən daxil olan işçi tələblərini qəbul etmək, yoxlamaq və icrasını təmin etmək; Xətti rəhbərlər və komanda üzvləri ilə sıx əməkdaşlıq edərək uğurlu işə qəbul nəticələrinin əldə olunmasını təmin etmək; İşə qəbul prosesinin bütün mərhələlərini müəyyən edilmiş müddət və keyfiyyət standartlarına uyğun şəkildə idarə etmək; Müxtəlif vəzifələr üzrə əmək bazarını və istedad tendensiyalarını mütəmadi olaraq təhlil etmək; Namizədləri vəzifə tələbləri, təhsil səviyyəsi və peşəkar təcrübələri əsasında qiymətləndirmək, uyğun namizədləri aidiyyəti xətti rəhbərlərə təqdim etmək; Vakansiyaları karyera portalında, sosial media platformalarında və digər daxili və xarici iş elanları resurslarında yerləşdirmək; Namizədləri işə qəbul prosesinin bütün mərhələləri və yekun nəticələri barədə vaxtında məlumatlandırmaq; İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanmasını və müvafiq göstəricilərin izlənilməsini həyata keçirmək; Daxili və xarici kadr ehtiyatı bazalarının formalaşdırılması və inkişaf etdirilməsində iştirak etmək; Müsahibə komissiyalarının formalaşdırılması və onların işə qəbul prosesləri üzrə maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək; İşə qəbul prosesi ilə bağlı daxil olan vətəndaş müraciətlərini araşdırmaq və cavablandırmaq; Şöbənin fəaliyyət sahəsinə uyğun layihələrdə iştirak etmək və təşəbbüslərlə çıxış etmək.
Requirements
- Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür); İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il; Xarici dil: İngilis dili və Rus dili - üstünlükdür; Müvafiq sahədə beynəlxalq sertifikatlar üstünlükdür; AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli; İsurslarının idarə edilməsi, xüsusilə işə qəbul modulu üzrə nəzəri və praktiki biliklərə malik olmaq; Analitik düşünmə, problem həll etmə və əsaslandırılmış qərarvermə bacarıqlarına malik olmaq.