Vacancies
SU

İşə qəbul üzrə mütəxəssis

Superfon

Vəzifənin məqsədi: Şirkətin əməkdaş ehtiyaclarına uyğun olaraq vakansiyaların vaxtında və keyfiyyətli şəkildə bağlanmasını təmin etmək, namizədlərin axtarışı, seçimi və qiymətləndirilməsi proseslərini həyata keçirmək, işə qəbul prosesinin effektivliyini artırmaq.

Responsibilities

  • Şirkətin struktur bölmələri üzrə işçi ehtiyaclarını analiz etmək;
  • Vakansiya tələblərini rəhbərlərdən qəbul etmək və dəqiqləşdirmək;
  • Vəzifə təlimatları və namizəd profillərinin hazırlanmasında iştirak etmək;
  • Vakansiyaları uyğun platformalarda yerləşdirmək;
  • Vakansiyaların aktivliyinə və namizəd axınına nəzarət etmək;
  • Müxtəlif mənbələrdən namizədlərin axtarışını həyata keçirmək;
  • CV-ləri analiz etmək və ilkin seçim aparmaq;
  • Müsahibə proseslərini təşkil etmək və koordinasiya etmək.
  • Vakansiyaların bağlanma müddətini izləmək;
  • Namizəd mənbələrinin effektivliyini analiz etmək;
  • İşə qəbul göstəriciləri üzrə hesabatlar və statistikalarını hazırlamaq;

Requirements

  • Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Psixologiya, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr).
  • İşə qəbul üzrə minimum 1-3 il iş təcrübəsi;
  • Pərakəndə satış, distribusiya və ya çoxsaylı işçi heyəti olan şirkətlərdə təcrübə üstünlükdür;
  • İşə qəbul prosesləri və metodlarını bilmək;
  • Əmək bazarını və vakansiya yerləşdirmə kanallarını tanımaq.
  • Təminatlar: Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə;
  • Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə
Back