İstehsalat şöbəsinin müdiri (Mingəçevir / Bakı)
Təsvir Müəssisənin istehsal strategiyasının hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək; İdarəçiliyində olan istehsal sahələrinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək; İstehsal planlarının vaxtında və keyfiyyətlə icrasını təmin etmək; İstehsal güclərindən səmərəli istifadəyə nəzarət etmək və məhsuldarlığın artırılması üzrə tədbirlər həyata keçirmək; Texnoloji proseslərin müəyyən edilmiş standart və normativ tələblərə uyğun aparılmasını təmin etmək; İstehsalat avadanlıqlarının istismarı, texniki baxışı və təmir proseslərinə rəhbərlik etmək; Avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək; Xammal, enerji və digər resurslardan səmərəli istifadəni təşkil etmək; İstehsal proseslərində yaranan problemləri operativ şəkildə müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək; İstehsal göstəricilərinin təhlilini aparmaq və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək; İstehsal proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması layihələrinə rəhbərlik etmək; Müəssisənin modernizasiya layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak etmək; Şöbənin illik və aylıq büdcəsinin hazırlanmasını və icrasına nəzarəti təmin etmək; Tabeliyində olan əməkdaşların fəaliyyətini qiymətləndirmək, inkişaf planlarını hazırlamaq və onların peşəkar inkişafını dəstəkləmək; Şöbələrarası əməkdaşlığın təmin olunması və istehsalatla bağlı məsələlərin koordinasiyasını həyata keçirmək; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət etmək; Daxili prosedurların, qaydaların və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək; Keyfiyyət idarəetmə sisteminin tələblərinə uyğun fəaliyyət göstərmək və audit proseslərində iştirak etmək; Risklərin müəyyənləşdirilməsi və azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etmək; Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Requirements
- Ali təhsil (Mühəndislik, Sənaye mühəndisliyi, Mexanika mühəndisliyi, Elektrik mühəndisliyi, İstehsalatın idarə olunması və ya əlaqəli sahələr üzrə);
- İstehsalat sahəsində minimum 7 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi;
- İstehsal proseslərinin idarə olunması və optimallaşdırılması sahəsində praktiki təcrübə;
- Texnoloji proseslər, avadanlıqların istismarı və texniki xidmət üzrə dərin biliklər;
- İstehsal planlaşdırılması və istehsal gücünün idarə olunması bacarığı;
- Büdcələşdirmə və xərclərin idarə olunması üzrə təcrübə;
- ISO 9001, ISO 14001 və ISO 45001 standartları üzrə bilik və ya sertifikatların olması üstünlükdür;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji
Requirements
- üzrə biliklər;
- Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə bilik;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
- AutoCAD, SolidWorks, Inventor və digər mühəndislik proqramlarında işləmək bacarığı;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Analitik düşünmə və problem həll etmə bacarıqları;
- Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı;
- Dəyişikliklərin idarə olunması və nəticəyönümlü yanaşma.
- Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər