Kassa müdiri-Baş kassir (Bakı filialları)
Təsvir
Kassanın işçilərinə rəhbərlik edilməsi, onların iş həcminin təhlil edilməsi və iş bölgüsünün aparılması; Müştərilərə xidmət göstərilməsinin təmin edilməsi, əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxili və məxaricinin həyata keçirilməsi; Xəzinəyə daxil olan və çıxan vəsaitlərin əməliyyatlarının aparılması və nəzarət edilməsi; Gündəlik nağd manat ve valyuta ehtiyyacının müəyyən olunmasında iştirak edilməsi; Xəzinədə olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada mühafizəsinin təşkil edilməsi; Valyuta mübadiləsi əməliyyatlarının həyəta keçirilməsi; Kassaya mədaxil edilmiş nağd pulların formalaşdırılması və bağlanması, onların dövriyyə üçün ödəmə qabiliyyətliyinin müəyyən edilməsi; Bankomatların nağd pulla yüklənməsi və boşaldılması prosesinin həyata keçirilməsi; Nağd pul və digər qiymətlilərin inkassasiyası; Filialda quraşdırılmış ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi; Xəzinədə olan qiymətlilərin qorunmasına və düzgün istifadəsinə nəzarət.
Requirements
- Ali iqtisadi təhsil; Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır; Müvafiq sahə üzrə 3 il iş təcrübəsi; Valyuta bazarı və Törəmə alətləri, yerli və Beynəlxalq Bazarlar üzrə peşəkar biliklər; Məsuliyyətlilik və dəqiqlik; Microsoft Office proqramlarının üzrə istifadəçi səviyyəsində biliklər.