Keyfiyyətə Nəzarət Rəhbəri (Quality Control Manager)
İş şəraiti İş yeri: Şpris istehsalı müəssisəs (Diamed Co) Iş yeri Pirallahı qəsəbəsi ( servis mövcuddur) Iş qrafiki növbəli Əmək haqqı 2200-2500 azn Əsas vəzifələr Keyfiyyətə nəzarət laboratoriyasının fəaliyyətini planlaşdırmaq, təşkil etmək və idarə etmək; Xammal, qablaşdırma materialları, yarımfabrikat və hazır məhsulların spesifikasiyalara uyğunluğunu təmin etmək; Fiziki, kimyəvi və mikrobioloji analizlərin vaxtında və düzgün aparılmasına nəzarət etmək; İstehsal prosesində keyfiyyət göstəricilərini izləmək və uyğunsuzluqları operativ şəkildə araşdırmaq; Kök səbəb analizi (Root Cause Analysis), korrektiv və preventiv tədbirlərin (CAPA) hazırlanması və icrasına rəhbərlik etmək; Daxili auditlərin təşkili və keyfiyyət sisteminin davamlı təkmilləşdirilməsini təmin etmək; ISO 13485, GMP və müəssisədaxili prosedurların tələblərinə əməl olunmasına nəzarət etmək; Kalibrləmə, validasiya və laboratoriya avadanlıqlarının idarə olunması proseslərini koordinasiya etmək; Keyfiyyət göstəricilərinə dair hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Keyfiyyətə nəzarət əməkdaşlarının işini koordinasiya etmək, onların inkişafı və təlimlərini təşkil etmək.
Requirements
- Ali təhsil (Əczaçılıq, Kimya, Biologiya, Biotexnologiya, Tibb mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
- Tibbi cihaz, əczaçılıq və ya steril istehsalat müəssisəsində keyfiyyətə nəzarət sahəsində minimum 5 il , rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
- ISO 13485, GMP, GLP və risk idarəetmə prinsipləri üzrə bilik;
- Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;
- Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis dilini texniki sənədləri oxuyacaq səviyyədə bilmək üstünlükdür.
- Şəxsi keyfiyyətlər Məsuliyyətlilik və yüksək diqqətlilik;
- Dəqiqlik və sistemli iş yanaşması;
- Nəticəyönümlülük;
- Etik davranış prinsiplərinə sadiqlik;
- Vaxtın səmərəli idarə edilməsi bacarığı.
- Təklif edirik Rəqabətqabiliyyətli əməkhaqqı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və təlim imkanları;
- Müasir istehsal və laboratoriya şəraitində işləmək imkanı;
- Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə müsahibə mərhələsi üçün əlaqə saxlanılacaq.
- Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.