Keyfiyyətə Nəzarət Şöbə Rəhbəri
İş barədə məlumat: Şirkətdə tətbiq olunan keyfiyyətə nəzarət sisteminin təşkili, idarə edilməsi və təkmilləşdirilməsi; İstehsal proseslərinin keyfiyyət standartlarına və daxili prosedurlara uyğunluğuna nəzarət etmək; Xammalın, istehsal prosesinin və hazır məhsulun keyfiyyət göstəricilərinin yoxlanılmasını təşkil etmək; Keyfiyyətə nəzarət şöbəsinin əməkdaşlarının işini planlaşdırmaq, koordinasiya etmək və qiymətləndirmək; Uyğunsuzluqların səbəblərini araşdırmaq, düzəldici və qabaqlayıcı tədbirlər planını hazırlamaq və icrasına nəzarət etmək; Keyfiyyət göstəriciləri üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək; Daxili və xarici auditlərdə iştirak etmək, audit nəticələrinə əsasən fəaliyyət planlarını hazırlamaq; ISO 9001, ISO 22000, HACCP, GMP və digər keyfiyyət standartlarının tətbiqinə və davamlı icrasına nəzarət etmək; İstehsalat, laboratoriya və digər şöbələrlə koordinasiyalı işləyərək məhsul keyfiyyətinin davamlı inkişafını təmin etmək; İşçi heyəti üçün keyfiyyət və qida təhlükəsizliyi sahəsində təlimlərin təşkilində iştirak etmək; İş şəraiti 6 günlük iş rejimi; Nahar şirkət tərəfindən təmin edilir; Servis mövcüddur; Əmək haqqı: Müsahibə əsasında.
Requirements
- Qida mühəndisliyi, qida texnologiyası, baytarlıq, biologiya, kimya, kənd təsərrüfatı və ya digər müvafiq sahə üzrə ali təhsil;
- İstehsalat müəssisəsində keyfiyyətə nəzarət sahəsində minimum 5 il , rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
- ISO 9001, ISO 22000, HACCP, GMP və qida təhlükəsizliyi sistemləri üzrə biliklər;
- Azərbaycan Respublikasının qida təhlükəsizliyi və sanitariya normaları üzrə biliklər;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
- Güclü liderlik, komanda idarəetməsi və təşkilatçılıq qabiliyyəti;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
- ERP və ya digər istehsal idarəetmə proqramlarında işləmək bacarığı üstünlükdür;
- Məsuliyyətli, təşəbbüskar, nəticəyönümlü və yüksək ünsiyyət bacarıqlarına malik olmaq.
- Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı