Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis (Bərdə)
Təsvir
Pambıq məhsullarının qəbulunu, çeşidlənməsini və keyfiyyət göstəricilərinin müəyyən edilməsini təmin etmək; Mövcud standartlara uyğun olaraq pambığın növ və siniflər üzrə təsnifatını aparmaq; Mahlıc kiplərindən götürülən nümunələrin HVI analizi proseslərini düzgün təşkil etmək və icrasına nəzarət etmək; Təsnifat və analiz zamanı istifadə olunan ölçmə və laborator avadanlıqlarının texniki vəziyyətinə və düzgün tətbiqinə nəzarət etmək; Təsdiq olunmuş yoxlama və sınaq planına uyğun vizual müayinə və laborator analizlər aparmaq; Giriş nəzarəti çərçivəsində daxil olan mal-materialın uyğunluğunu və tamlığını yoxlayaraq rəy hazırlamaq; Hazır məhsul və mal-materialın anbarlarda saxlanma prosedurlarına riayət olunmasına nəzarət etmək; Məhsulun qəbulundan sonrakı bütün mərhələlərdə (saxlanma, daşınma və s;) keyfiyyət meyarlarının qorunmasını təmin etmək; Keyfiyyətə nəzarət prosedurlarını tətbiq etmək, standartlardan kənarlaşmaları müəyyən edib aradan qaldırılması üzrə təkliflər vermək; Laborator analizlərinin nəticələrini təhlil etmək, tələb olunan sənədləşməni və qeydiyyatı aparmaq; Yoxlamalar üzrə formaları doldurmaq, məlumat və hesabatları hazırlayaraq müvafiq server qovluqlarında sistemli şəkildə saxlanmasını təmin etmək; Şirkətin siyasət və prosedurlarına, təhlükəsizlik, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi normalarına əməl etmək; İş prosesindən irəli gələn digər tapşırıqları icra etmək.
Requirements
- Aqrar sahə, kənd təsərrüfatı, texnologiya və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; Pambıqçılıq, kənd təsərrüfatı məhsullarının təsnifatı və ya keyfiyyətə nəzarət sahəsində minimum 5 il iş təcrübəsi; Pambığın keyfiyyət standartları, təsnifat metodikaları və müvafiq normativ sənədlər barədə geniş biliklər; NOP, GOTS və AZS/ISO 17025:2020 standartları üzrə məlumatlılıq; ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 üzrə biliklər; bu istiqamətdə sertifikatlara sahib olmaq üstünlük sayılır; HVI analizləri, laborator analiz metodları və ölçmə cihazları ilə işləmə bacarığı; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydaları barədə bilik; Kənd təsərrüfatı məhsullarının becərilməsi qaydaları və KTN üzrə hüquqi normativlər barədə məlumatlılıq; MS Office proqramları (Word, Excel, PowerPoint) ilə sərbəst işləmə bacarığı; Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı (ingilis və rus dillərini bilmək arzu olunandır). Şəxsi keyfiyyətlər: Güclü analitik düşüncə və problem həll etmə bacarığı; Qərarvermə, operativlik, detallara diqqət və yüksək məsuliyyətlilik; Komanda ilə işləmək və komanda idarəetmə bacarığı; Zamanın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı; Yüksək peşə etikası və məsuliyyətli iş yanaşması.