Keyfiyyətə nəzarət üzrə mühəndis
Təsvir
Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu Baş Podratçının müvafiq əməkdaşından tələb etmək; Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilini və həyata keçirilməsini Baş Podratçıdan tələb etmək; İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək; Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğuna nəzarət etmək; İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq; Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək; İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq Düzəliş fəaliyyətlərinə nəzarət etmək; Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək; Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqinə nəzarət etmək; Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi; Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq.
Requirements
- Ali təhsil (müvafiq mühəndislik sahəsi üzrə); Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır; Kompüter bilikləri: MS Office, Auto CAD