Kiçik elektonika-elektrik mühəndisi
Təsvir
Məsuliyyəti altına verilən avadanlığın diaqnostikası, sazlanması, təmiri və texniki xidmətinin həyata keçirilməsi; Avadanlıqdakı nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması, avadanlığın saz vəziyyətə qaytarılması; Normativ və texniki sənədlər əsasında avadanlığın vəziyyətində uyğunsuzluqların aşkarlanması, aradan qaldırılması və nəticələrin ERP sistemində qeydiyyatı; Avadanlığın əsas parametrlərinə (Center Line) edilən dəyişikliklərin ERP-də qeyd olunması; Nasazlığın aradan qaldırılması üçün tələb olunan iş planının (work plan) və ehtiyat hissələrinin ERP-də qeydiyyatı; mövcud olmayan ehtiyat hissələrinin ERP vasitəsilə tələb edilməsi; İşin görülmə texnologiyasına, alət, istehlak materialları və avadanlıq hissələrinin istifadə və saxlanma qaydalarına riayət edilməsi; Avadanlığın istismarı, sazlanması, təmiri və texniki xidməti zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməsi və potensial təhlükələrin qarşısının alınması; Görülən işlər barədə rəhbərliyə hesabat verilməsi; Səlahiyyət çərçivəsində layihə işləri daxil olmaqla digər tapşırıqların yerinə yetirilməsi.
Requirements
- Elektrik/elektronika və ya istehsal proseslərinin avtomatlaşdırılması üzrə ali təhsil; Elektronika mühəndisi kimi analoji avadanlığın istismarı üzrə ən azı 2 il təcrübə; Elektrik, elektronika və avtomatlaşdırma sahəsində baza bilikləri; İdarəetmə kontrollerləri (PLC) və idarəetmə panelləri (HMI) haqqında baza bilikləri (Siemens Simatic S7, Beckhoff TwinCAT üzrə biliklər üstünlükdür); Sensor, mühərrik, invertor və digər elektrik-elektronika komponentlərinin işləmə prinsipləri, tənzimlənməsi və idarə edilməsi üzrə biliklər; Elektrik sxemlərini oxumaq və layihələndirmək bacarığı; Lehimləmə avadanlığının növləri, tətbiqi və istifadə qaydaları üzrə biliklər; elektrik dövrə elementlərinin lehimlənməsi bacarığı; Nəzarət-ölçü və diaqnostika avadanlıqlarından istifadə bacarığı; Elektrik cihazlarının quraşdırılması və texniki istismarı qaydaları üzrə biliklər; Elektrik qurğularının istismarı üzrə 3-cü ixtisas (təhlükəsizlik) qrupu; Məntiqi təfəkkür, problemin kök səbəbini təhlil etmə bacarığı, texniki dildə məlumat ötürmə və komanda işi