Vacancies
PP

Kommersiya nəzarəti üzrə mütəxəssis

PMD Projects LLC

Təsvir Layihə üzrə təqdim olunan BOQ və smeta sənədlərinin texniki və kommersiya baxımından yoxlanılması; Layihə cizgiləri və texniki spesifikasiyalar əsasında iş həcmlərinin düzgünlüyünün təhlil edilməsi; Bazar qiymətlərinin monitorinqi və tətbiq olunan qiymətlərin bazar şərtlərinə uyğunluğunun qiymətləndirilməsi; Podratçı və təchizatçılardan alınan qiymət təkliflərinin müqayisəli təhlilinin aparılması; İlkin və detallı smeta hesablamalarının yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi; Faktiki xərclərlə təsdiqlənmiş büdcə göstəriciləri arasındakı fərqlərin analiz olunması; Variation Order (VO) dəyişiklikləri üzrə təqdim olunan əlavə iş həcmlərinin və xərclərin yoxlanılması və sənədləşdirilməsinə nəzarət edilməsi; Layihə üzrə ehtimal yekun büdcə, (BAC) ehtimal yekun xərcin (EAC) və mənfəətin hesablanması və aylıq yenilənməsi; Layihə xərclərinin təsdiqlənmiş büdcəyə uyğun monitorinqinin aparılması; Podratçılar tərəfindən təqdim edilən kommersiya iddialarının, Variation Order (VO) və dəyişikliklərin səbəblərinin araşdırılması; Dəyişikliklər üzrə həcmlərin cizgiyə uyğun yoxlanılması, vahid qiymətin təhlili və təsdiqedici sənədlərin yoxlanılması; Bütün iddia və dəyişikliklərin müqavilə şərtlərinə uyğunluğunun və düzgün sənədləşdirilməsinin təmin edilməsi; Xərc artımlarının, iş həcmi dəyişikliklərinin və büdcə aşımı hallarının qarşısını almaq məqsədi ilə tenderə çıxarılan BOQ-ların təhlili və həcmlərinin yoxlanılması.

Requirements

  • Ali təhsil: İnşaat mühəndisliyi, Tikintinin idarə edilməsi və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili - yaxşı;
  • Kompüter bacarıqları: MS Office, Autocad;
  • Komanda şəklində çalışmaq və əməkdaşlıq bacarıqları.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Back
PP
Kommersiya nəzarəti üzrə mütəxəssis
PMD Projects LLC
Apply Now
Posted: 12 July 2026
Deadline: 12 August 2026
Country Azerbaijan
City Baku
Category Engineering
Job type Full-time
Source ID 145706
Views 16

Detail.Share