Vacancies
UK

Korporativ hüquq şöbəsinin Hüquqşünası

Unibank Kommersiya Bankı

Təsvir

Bankın bütün struktur bölmələrinə hüquqi dəstək göstərmək və onlardan daxil olan sorğulara cavab vermək; İpoteka, girov, alqı-satqı, kredit, qarantiya və digər müqavilələrin layihələrini hazırlamaq, habelə onlara hüquqi rəy vermək; Bankın müxtəlif fəaliyyət istiqamətləri üzrə müqavilələr tərtib etmək, kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrini Bankın hüquq və mənafelərinə, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluq baxımından təhlil edərək zəruri dəyişiklik və əlavələri etmək; Bank tərəfindən hazırlanan yeni məhsul və xidmətlərə hüquqi dəstək göstərmək; Bank hesablarının açılması və hesablar üzrə əməliyyatlarla bağlı hüquqi ekspertiza aparmaq; Girov, ipoteka, alqı-satqı və icarə müqavilələrinin notarial qaydada bağlanması və dövlət qeydiyyatı zamanı Bankın nümayəndəsi qismində iştirak etmək; Dövlət orqanlarına ünvanlanan rəsmi müraciət və məktubları hazırlamaq.

Requirements

  • Hüquq sahəsində ali təhsil; Korporativ hüquq sahəsində 1 illik iş təcrübəsi; Azərbaycan Respublikasının mülki və bank qanunvericiliyini bilmək; Mülki-hüquqi əqdlərin hazırlanması, bağlanması və rəsmiləşdirilməsi qaydaları üzrə təcrübəyə malik olmaq; Tapşırıqları effektiv şəkildə planlaşdırmaq, təşkil etmək, prioritetləşdirmək və vaxtında icra etmək bacarığı; İşdə dəqiqlik və detallara diqqət yetirmək bacarığı MS Office proqramlarından istifadə etmə bacarığı İngilis və ya rus dilini yüksək səviyyədə bilmək;
Back
UK
Korporativ hüquq şöbəsinin Hüquqşünası
Unibank Kommersiya Bankı
Apply Now
Posted: 08 July 2026
Deadline: 07 August 2026
Country Azerbaijan
City Baku
Category Legal
Job type Full-time
Level Digər
Source ID 6726115
Views 17

Detail.Share