Vacancies
MA

Layihə rəhbəri

Mətanət A Şirkətlər Qrupu

Təsvir

Layihələrin icrası prosesini qarşıya qoyulan cari hədəf, zaman və qrafik daxilində yerində idarə etmək; Sahə daxilində əməkdaşlar və subpodratçılar arasında gündəlik iş bölgüsünü təyin etmək, tapşırıqları vermək və icrasına nəzarət etmək; Layihənin icrası prosesində sahədə yarana biləcək cari problemləri vaxtında müəyyən etmək və həlli üçün rəhbərliyə təkliflər vermək; Layihənin fasiləsiz icrası məqsədilə daxili şöbələrlə (satınalma/təchizat, anbar, mühasibatlıq) mütəmadi əlaqədə olmaq və material/avadanlıq təminatını koordinasiya etmək; Layihə çərçivəsində tərəfdaş şirkətlər və subpodratçılarla cari işlərin gedişatı ilə bağlı gündəlik danışıqlar aparmaq, texniki müzakirələr həyata keçirmək; Resursların İstifadəsi: Sahəyə ayrılmış resursların (işçi qüvvəsi, material, mexanizmlər) düzgün, qənaətli və təyinatı üzrə istifadəsinə birbaşa nəzarət etmək; Görülmüş işlər, layihənin cari vəziyyəti və gündəlik/həftəlik gedişat barədə birbaşa rəhbərliyə mütəmadi olaraq hesabatlar hazırlayıb təqdim etmək.

Requirements

  • Təhsil: Ali; İş təcrübəsi: 3 il; Yaş həddi: 25-50; Ölkədaxili ezamiyyət imkanları; Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri üstünlükdür; Tikinti normaları, qaydaları və layihə idarəedilməsi metodologiyalarına dair dərin biliklər; Tikinti prosesləri və mərhələləri (qazıntı, təməl, karkas, örtük, daxili tamamlanma işləri və s.) haqqında geniş məlumatlılıq; Tikinti materialları (beton, armatur, kərpic, izolyasiya materialları, metal konstruksiyalar və s.) haqqında texniki biliklər; İnşaat maşın və avadanlıqlarının (kranlar, ekskavatorlar, betonqarışdırıcılar və s.) iş prinsipləri və funksiyaları barədə məlumatlılıq; Tikinti layihələrinin oxunması və təhlili bacarığı (memarlıq, konstruktiv, elektrik və mexaniki planlar); Topoqrafik və geoloji hesabatları anlamaq və analiz etmək bacarığı; Tikinti standartları, dövlət şəhərsalma sənədləri və normativ hüquqi aktlarla işləmək təcrübəsi. İş şəraiti: İş saatı: 09:00-dan 18:00-dək; İstirahət: Şənbə və bazar günü; İş yeri: Luxen Plaza. Biz nə təklif edirik: Əmək haqqı (Razılaşma yolu ilə); Şəhərin mərkəzində ofis; Dinamik və gənc komanda ilə iş imkanı.
Back