Vacancies
IG

Maliyyə Direktoru

Improve Group

Əsas öhdəliklər: Şirkətin maliyyə strategiyasının hazırlanması, maliyyə planlamasının həyata keçirilməsi və maliyyə hədəflərinə nail olunmasının təmin edilməsi; İllik, rüblük və aylıq büdcələrin hazırlanmasına rəhbərlik edilməsi, struktur bölmələr üzrə büdcələrin formalaşdırılması və icrasına nəzarətin təmin olunması; Şirkətin uçot siyasətinin hazırlanması, tətbiqi və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi; Büdcə göstəricilərinin təhlil olunması, xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və maliyyə səmərəliliyinin yüksəldilməsi istiqamətində təkliflərin hazırlanması; Maliyyə göstəricilərinin təhlili, performans analizlərinin aparılması və biznes qərarlarının qəbulunda rəhbərliyə dəstək göstərilməsi; Maya dəyərinin hesablanması və qiymət siyasətinin formalaşdırılmasında iştirak edilməsi; Pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, cash flow planlarının hazırlanması və maliyyə axınının effektiv idarə olunması; Təchizatçılarla hesablaşmaların, ödəniş cədvəllərinin, debitor və kreditor borcların idarə olunması və nəzarətdə saxlanılması; Müqavilələrin maliyyə, vergi və risk aspektləri üzrə təhlil edilməsi və rəy verilməsi. Bank və maliyyə institutları ilə əlaqələrin idarə olunması (kredit xətləri, overdraftlar, bank zəmanətləri və digər maliyyə alətləri); Şirkətin gəlir və xərclərinin monitorinqinin aparılması, maliyyə intizamına nəzarət edilməsi və maliyyə siyasətinin tətbiqinin təmin olunması; Daxili maliyyə nəzarət sistemlərinin qurulması, mövcud proseslərin təkmilləşdirilməsi və maliyyə risklərinin idarə olunmasının təmin edilməsi; ERP və maliyyə proqramları (o cümlədən iiko) vasitəsilə maliyyə əməliyyatlarının monitorinqi, məlumatların təhlili və idarəetmə hesabatlarının hazırlanması; Maliyyə və mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, saxlanılması və sənəd dövriyyəsi proseslərinə nəzarət edilməsi; İnventarizasiya proseslərinə maliyyə nəzarətinin həyata keçirilməsi və nəticələrinin düzgün uçotunun təmin edilməsi; Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına nəzarət edilməsi, nəticələrin təhlili və rəhbərliyə təqdim olunması; Vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsinə, vergi bəyannamələrinin hazırlanmasına və təqdim edilməsinə nəzarət edilməsi; Dövlət orqanlarına təqdim olunan maliyyə və statistik hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət edilməsi; Daxili audit proseslərinin təşkili və xarici auditorlarla əməkdaşlığın həyata keçirilməsi; Maliyyə şöbəsinin fəaliyyətinin təşkili, əməkdaşların işinin koordinasiya olunması, inkişafı və fəaliyyət göstəricilərinin idarə edilməsi; Rəhbərlik tərəfindən tələb olunan maliyyə təhlillərinin, hesabatların və digər operativ məlumatların hazırlanmasının təmin edilməsi. Kvalifikasiya tələbləri: Təhsili: Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə); İş təcrübəsi: Maliyyə idarəçiliyi, büdcə planlaşdırılması və maliyyə hesabatlılığı sahəsində rəhbər vəzifədə minimum 3-5 il iş təcrübəsi; Sertifikatlar: ACCA, CFA və digər maliyyə sahəsi üzrə peşəkar sertifikatların olması üstünlükdür Tələb olunan bilik və bacarıqlar: Maliyyə hesabatlılığı və maliyyə analizi bilikləri; Maliyyə planlaşdırılması bilikləri, Büdcə idarəetməsi və nəzarəti bilikləri; Maliyyə hesabatlarının hazırlanması, təhlili və interpretasiyası bacarığı; Cash Flow idarəetməsi üzrə biliklər; Maliyyə risklərinin qiymətləndirilməsi üzrə biliklər; Vergi qanunvericiliyi və maliyyə prosedurları üzrə praktiki biliklər; Strateji düşünmə və qərarvermə bacarığı; Liderlik və komanda idarəetmə bacarığı; Maliyyə modelləşdirmə və analitik düşüncə bacarıqları; Problem müəyyən etmə və həll etmə bacarığı; IFRS/MUBS standartları üzrə dərin biliklər; Microsoft Excel proqramında işləmə bacarığı (Yüksək səviyyədə) ; Maliyyə proqramları və ERP sistemləri ilə işləmə bacarığı; Təklif edirik: Əmək haqqı: 2500 – 3500 AZN; Karyera inkişaf imkanı; Gənc və dinamik komanda; Rahat və peşəkar iş mühiti; Rəsmi əmək müqaviləsi və uzunmüddətli əməkdaşlıq imkanı. Tələblərə cavab verən namizədlər CV-lərini "Maliyyə Direktoru" mövzu başlığı ilə

Back