Nİ
Maliyyə meneceri
Nardaran İnvest
“ Nardaran İnvest ” MMC Maliyyə meneceri vakansiyasını elan edir! Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Responsibilities
- Şirkətdə idarəetmə uçotu və maliyyə nəzarəti sisteminin qurulması və inkişaf etdirilməsi;
- Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərinin hazırlanması və tətbiqi;
- İllik büdcənin hazırlanması, icrasına nəzarət və kənarlaşmaların təhlili;
- Aylıq idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanması və təhlili;
- Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və nəzarəti;
- Food Cost, Beverage Cost, Labor Cost və digər əməliyyat xərclərinin təhlili və optimallaşdırılması;
- Satışlar, rentabellik və digər əsas maliyyə göstəricilərinin təhlili;
- Satınalmalar, anbar qalıqları və ehtiyatların dövriyyəsinə nəzarət;
- Maliyyə modellərinin hazırlanması, investisiya layihələrinin və yeni restoranların maliyyə səmərəliliyinin qiymətləndirilməsi;
- Rəhbərlik üçün maliyyə hesabatlarının, analitik təhlillərin və təqdimatların hazırlanması;
- Mühasibatlıq, əməliyyat, satınalma və restoran rəhbərləri ilə sıx əməkdaşlıq;
- Maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması.
Requirements
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə, xüsusilə restoran sahəsində 3 illik təcrübə ;
- Komandada işləməyi bacarmalı ;
- Analitik düşüncə qabiliyyəti ;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Rus dili biliyi mütləqdir.
- Əlavə məlumat: İş vaxtı: 5/2.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
- Könüllü tibbi sığorta.
- Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər