Marketinq üzrə menecer
Təsvir Layihənin büdcəsinin və vaxt çərçivəsinin hazırlamanması və icra olunmasına nəzarət edilməsi; Auditoriyanın təyin edilməsi və kommunikasiya strategiyasının qurulması; Qrafik dizayn, motion dizayn, copywriting, PR, rəqəmsal marketinq, sosial media və outdoor reklam kimi müxtəlif komandalar arasında işlərin koordinasiyasının təmin edilməsi; Müxtəlif kommunikasiya kanallarının düzgün və koordinasiyalı şəkildə işləməsinə nəzarət edilməsi; Layihə ərzində meydana gələn dəyişikliklərə çevik reaksiya verərək layihənin tənzimlənməsi; Ümumi kommunikasiya üzrə büdcənin tərəfdaşlarla bölüşdürülməsi; Satış və icra göstəricilərinin təhlil edilməsi; Bütün xərcləri toplayaraq yekun büdcə hesabatını hazırlanmasl; Görülmüş işlərin effektivliyini ölçərək hesabat hazırlanması; Kommunikasiya bitdikdən sonra tərəfdaşlar tərəfindən ödənişlərin hesabatı və nəzarət edilməsi; Yeni məhsullar üçün kommunikasiya planlarının hazırlanması və icrası; Kommersiya şöbəsindən daxil olan müraciətlərin təhlili və kateqoriya üzrə uyğun məhsulların seçilməsi; Mövsümi və məhsul yönümlü kampaniyaların təklifi və icrası; Bazar trendlərinin və istehlakçı davranışlarının araşdırılması; Lokal və beynəlxalq bazardakı meyllərin izlənilməsi və uyğun strategiyaların formalaşdırılması.
Requirements
- Ali təhsil (Marketinq, Menecment, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
- Marketinq sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis, ingilis və/və ya rus dillərindən ən azı birində yaxşı səviyyədə ünsiyyət bacarığı;
- Microsoft Excel (və ya Google Sheets), Outlook proqramlarında sərbəst işləmə bacarığı;
- Marketinq strategiyalarının hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsi üzrə bilik və təcrübə;
- Analitik düşünmə, bazar araşdırmalarının aparılması və əldə olunan məlumatların təhlil edilməsi bacarığı;
- Güclü planlaşdırma, təşkilatçılıq və eyni vaxtda bir neçə layihəni effektiv idarəetmə bacarığı;
- Yaradıcı düşüncə, innovativ yanaşma və problem həll etmə bacarığı;
- Güclü kommunikasiya, təqdimat, komanda ilə əməkdaşlıq və koordinasiya bacarıqları.
- Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər