Məhsul sahibi (Product Owner)
Təsvir
Məhsulun vizyonunun və dəyər təklifinin formalaşdırılması, strategiyasının təşkilatın ümumi hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi və nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması; Maraqlı tərəflər, komanda və e-hökumət ekosistemi ilə davamlı əməkdaşlığın qurulması, vətəndaş-mərkəzli və həll-yönümlü yanaşmanın təmin edilməsi; Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşmanın tətbiq edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, qərarların məlumat və nəticələrə əsaslandırılmasının təmin edilməsi; Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsi, backlog-un prioritetləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi; Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi, milli rəqəmsal strategiyalar və e-hökumət çərçivələri üzrə biliklərin tətbiq edilməsi; Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması, zəruri kompromis qərarlarının qəbul edilməsi; Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsi, liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin yaradılması; Yenilikçi və analitik düşüncə tərzinin tətbiq edilməsi, dəyişikliklərin təşviq edilməsi, empatik və daxili motivasiyaya əsaslanan yanaşmanın nümayiş etdirilməsi.
Requirements
- Ali təhsil; Sahə üzrə 2-5 il arası peşəkar təcrübə (dövlət, biznes, xidmət, e-ticarət, opensource); Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də qanun, fərman və sərəncamlar anlayışına malik olmaq; G2C/G2G/G2B/ məhsullarının idarə edilməsində təcrübəyə malik olmaq; Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir "web arxitektura" anlayışlarını başa düşmək (məsələn, mikroservislər, API və s.); Effektiv kommunikasiya qurmaq qabiliyyətinə sahib olmaq; Komanda ilə şləmə və komandanı idarəetmə bacarığı; Problem həll etmə və dəyişiklikləri idarəetmə bacarığı; Sistem analizi, Re-design və PRD sənədlərini hazırlama bacarığı; Agile və ya Design thinking üzrə təcrübəyə və biliklərə malik olmaq; Jira, Confluence və Figma kimi alətlərdən istifadə təcrübəsi.