SU
Məhsul təlimləri üzrə mütəxəssis – təlimçi
Superfon
Vəzifənin məqsədi: Şirkətin məhsul portfeli üzrə bilik səviyyəsinin artırılmasını təmin etmək, əməkdaşların məhsulların texniki xüsusiyyətləri, üstünlükləri və istifadə qaydaları üzrə peşəkar inkişafına dəstək vermək, məhsul təlim proqramlarını hazırlamaq və həyata keçirmək.
Responsibilities
- Məhsullar üzrə təlim proqramları hazırlamaq və keçirmək;
- Yeni məhsulların satışa çıxarılması zamanı məhsul təqdimatları və məlumatlandırıcı sessiyalar təşkil etmək;
- Məhsulların texniki xüsusiyyətləri, funksiyaları və üstünlükləri üzrə təlim materialları (təqdimatlar, video təlimlər, testlər, təlimat kitabçaları və s.) hazırlamaq və yeniləmək;
- Satış və mağaza heyətinin məhsul biliklərini qiymətləndirmək və inkişaf sahələrini müəyyənləşdirmək;
- Təlim sonrası bilik yoxlamaları və qiymətləndirmələr aparmaq;
- Mağaza və region ziyarətləri həyata keçirərək məhsullar üzrə praktiki təlimlər vermək;
- Məhsul üstünlüklərinin, texniki xüsusiyyətlərinin və istifadə qaydalarının əməkdaşlara düzgün çatdırılmasını təmin etmək;
- Təchizatçılar və məhsul nümayəndələri ilə əməkdaşlıq edərək məhsul təlimlərinin təşkilində iştirak etmək;
- Yeni məhsullar üzrə təlim planları hazırlamaq və tətbiqini təmin etmək;
- Təlim fəaliyyəti üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Yeni işçilərin onboarding proqramları çərçivəsində məhsul təlimlərini keçirmək.
Requirements
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Təlim, retail, məhsul menecmenti, kateqoriya idarəetməsi və ya əlaqəli sahədə minimum 1-3 il iş təcrübəsi.
- Telefon, aksesuar, məişət texnikası və digər elektronika məhsulları sahəsində təcrübə üstünlük hesab olunur;
- Məhsul təlimlərinin hazırlanması və keçirilməsi üzrə təcrübə;
- Məhsulların texniki xüsusiyyətləri və funksional üstünlüklərini öyrənmək və təqdim etmək bacarığı;
- Təlim metodologiyaları və böyüklərin öyrənilməsi prinsipləri üzrə biliklər;
- Məhsul təqdimatı və auditoriya idarəetmə bacarıqları;
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bilik qiymətləndirmələrinin aparılması bacarığı;
- MS Office proqramları üzrə yaxşı biliklər, xüsusilə PowerPoint və Excel;
- Hesabat hazırlama və təqdimat bacarıqları;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Analitik düşüncə və məlumatları təhlil etmə bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Təşkilatçılıq və planlama qabiliyyəti;
- Məsuliyyətlilik, nəticəyönümlülük və detallara diqqətlilik;
- Öyrənməyə və yeniliklərə açıq olmaq;
- Ezamiyyət və region səfərlərində iştirak etməyə hazır olmaq;
- Azərbaycan dili üzrə sərbəst bilik, rus dili biliyi üstünlük hesab olunur.
- İngilis dili biliyi məhsul materialları və texniki sənədlərlə işləmək üçün üstünlük hesab olunur.
- Təminatlar: Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
- Dinamik və peşəkar iş mühiti;
- Peşəkar və karyera inkişafı imkanları;
- Korporativ mobil nömrə və danışıq limiti;
- Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.
- Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məhsul təlimləri üzrə mütəxəssis-təlimçi” qeyd etməklə