Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Qaradağ filialı üzrə)
Təsvir
Kredit bazarının təhlil edilməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin cəlb olunması; Mikro kreditlər üzrə sifarişlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədlərin toplanması; Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinqin keçirilməsi; Kredit memorandumunun tərtib olunması və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim olunması; Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim olunması; Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin olunması; Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi işin aparılması və borcların ödənilməsi istiqamətində tədbirlərin görülməsi.
Requirements
- Ali təhsil; Müvafiq sahə üzrə iş təcrübəsi; Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı; Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək; Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti; Ünsiyyətqurma və komandada işləmək bacarığı.