Mühasib Operator
Təsvir
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi; Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi; Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi; Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi; Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi; Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi; İstehsalatda baş verən maliyyə əməliyyatlarının (xammal alışları, istehsalat xərcləri, əmək haqları və s.) düzgün uçotunu aparmaq; Xammal, material və məhsul dövriyyəsini izləmək və müvafiq hesabatları hazırlamaq; İstehsalatda baş verən birbaşa və dolayı xərclərin uçotunu aparmaq və hesabatlara daxil etmək; İstehsalat prosesində hər bir məhsulun maya dəyərinin hesablanmasını təmin etmək; Xammal, əməyin dəyəri, enerji və digər istehsalat xərclərini nəzərə alaraq məhsulun faktiki maya dəyərini müəyyənləşdirmək; Maya dəyərinin təhlili əsasında istehsal prosesində səmərəsiz xərclərin müəyyənləşdirilməsi və azaldılması üzrə təkliflər vermək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Requirements
- Təhsil: Ali; İş təcrübəsi: 3-5 il; Dil bilikləri: Azərbaycan dili (Rus və İngilis dilləri üstünlükdür); Kompüter bilikləri; 1C 8.3, MS Office; İş şəraiti: İş saatı: 08:00-dan 17:00-dək; İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü); ; İş yeri: Matanat A İstehsalat Müəssisəsi (Abşeron rayonu, Masazır qəsəbəsi). Biz nə təklif edirik: Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik); Dinamik və gənc komanda ilə iş imkanı.