Vacancies
AL

Mülki tikinti üzrə mühəndis

Abşeron Logistika Mərkəzi

“Abşeron Logistika” MMC “Mülki tikinti üzrə mühəndis” vəzifəsi üzrə vakansiya elan edir. Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik. Ümumi

Responsibilities

  • Mərkəz daxilində mövcud infrastrukturun qorunması və istismar vəziyyətinin izlənilməsində iştirak etmək;
  • Təmir və tikinti işləri ilə bağlı daxil olan sifarişlərin mahiyyətinə uyğun optimal və praktik mühəndislik həllərində iştirak;
  • Görüləcək işlər üzrə tələb olunan material həcmini hesablamaq və ilkin ehtiyac siyahısını hazırlamaq;
  • Təmir və tikinti işləri üçün tələb olunan materialların təmin edilməsi üzrə aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək;
  • Alınmış materialların sifarişə və texniki ehtiyaca uyğunluğunun yoxlanılmasında və qəbul edilməsində iştirak etmək;
  • Cizgi, texniki tapşırıq və sifariş tələblərinə uyğun olaraq işlərin icrasına nəzarət etmək;
  • Təmir-tikinti işləri üzrə inventarizasiya prosesinə dəstək göstərmək.
  • Namizədə qarşı

Requirements

  • Mülki tikinti, inşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Mühəndislik, tikinti, təmir və ya infrastruktur sahəsində minimum 2 ilədək iş təcrübəsi;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • AutoCAD proqramı ilə işləmək və cizgiləri oxumaq bacarığı;
  • Təmir-tikinti işlərinin planlaşdırılması və icra gedişatının izlənilməsi üzrə təcrübə;
  • Tikinti materialları, konstruksiya elementləri və sahə işləri üzrə texniki biliklər.
  • ​​​​​​​ Peşəkar

Requirements

  • Texniki düşünmə və mühəndislik yanaşması;
  • Problem həlletmə və praktik qərarvermə bacarığı;
  • Dəqiqlik və məsuliyyətlilik;
  • Prosesləri izləmə və nəticəyə nəzarət etmə bacarığı;
  • Təhlükəsizlik və keyfiyyət tələblərinə diqqətli yanaşma Proses idarəçiliyi bacarığı.
  • Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ k aryera portalı üzərindən və ya CV formalarını
Back
AL
Mülki tikinti üzrə mühəndis
Abşeron Logistika Mərkəzi
Apply Now
Posted: 14 July 2026
Deadline: 14 August 2026
Country Azerbaijan
City Baku
Category Engineering
Job type Full-time
Source ID 145962
Views 15

Detail.Share