Vacancies
EA

Onlayn satış və telemarketinq şöbəsi, kredit mütəxəssisi

Expressbank ASC

Təsvir

Kredit bazarının təhlil edilməsi, fiziki şəxslərin cəlb edilməsi; İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədlərin toplanması; Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və bank proqramında qeydiyyatının aparılması; Kreditləşmə üçün sənədlərin hazırlanması, məlumatların bank proqramına daxil edilməsi və sifarişin müvafiq filiala göndərilməsi; Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi; Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsinin təmin edilməsi; Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırılması.

Requirements

  • Ali iqtisadi və ya texniki təhsil; Satış və ya müştəri xidməti sahəsində ən azı 3 il iş təcrübəsi; Bank məhsulları və müştəri münasibətlərinin idarə edilməsi üzrə biliklər; Mükəmməl ünsiyyət və danışıq bacarığı; Nəticəyönümlülük və hədəflərə nail olmaq bacarığı; Stressədavamlılıq; Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır.
Back