XI
Pərakəndə satış rəhbəri
Xırman
Responsibilities
- Şirkətin pərakəndə satış strategiyasını hazırlamaq, tətbiq etmək və davamlı inkişaf etdirmək;
- Pərakəndə satış komandasının gündəlik fəaliyyətini planlaşdırmaq, idarə etmək və yüksək performansın təmin olunmasına nəzarət etmək;
- Satış hədəflərinin müəyyən edilməsi, icrasına nəzarət və plan göstəricilərinin yerinə yetirilməsini təmin etmək;
- Mövcud satış nöqtələri ilə uzunmüddətli əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, yeni satış nöqtələrinin cəlb olunmasını təşkil etmək;
- Satış ərazilərinin səmərəli idarə edilməsini, marşrut planlamasını və satış resurslarının düzgün bölgüsünü təmin etmək;
- Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyəti, qiymət siyasəti və bazar tendensiyalarını təhlil edərək rəhbərliyə təkliflər təqdim etmək;
- Məhsulların satış nöqtələrində düzgün yerləşdirilməsi, stok səviyyəsi, görünürlüğü və merchandising standartlarının icrasına nəzarət etmək;
- Satış komandasının işini qiymətləndirmək, motivasiya etmək, təlim ehtiyaclarını müəyyənləşdirmək və əməkdaşların peşəkar inkişafını dəstəkləmək;
- Müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirmək, yaranan problemlərin operativ həllini təmin etmək;
- Satış göstəricilərini mütəmadi təhlil etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şirkətin satış siyasətinin, daxili prosedurlarının və korporativ standartlarının icrasına nəzarət etmək.
Requirements
- Pərakəndə satış sahəsində, xüsusilə FMCG və ya qida sektorunda minimum 3 il rəhbər vəzifədə iş təcrübəsi;
- Satış strategiyasının hazırlanması və komanda idarəçiliyi sahəsində praktiki təcrübə;
- Güclü liderlik, təşkilatçılıq, analitik düşünmə və qərarvermə bacarıqları;
- Danışıqların aparılması və müştəri münasibətlərinin idarə olunması üzrə yüksək bacarıq;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Rus dili biliyi mütləqdir Təklif edirik Rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
- Korporativ mobil rabitə və iş fəaliyyəti üçün zəruri resurslarla təminat;
- Stabil və dinamik iş mühiti, peşəkar komandada çalışma imkanı.
- Ünvan: Binəqədi yolu 100 CV-lərinizi vakansiyanın adını qeyd edərək