Vacancies
Q-

Planlama üzrə analitik

Q-STP

İş şəraiti: İş yeri: Sumqayıt şəhəri İş qrafiki: 5 günlük İş saatları: 08:30-17:30

Responsibilities

  • İstehsal planlarının hazırlanması üçün tələb olunan məlumatları toplamaq, sistemləşdirmək və təhlil etmək.
  • İstehsalat güclərinin, avadanlıq yüklənməsinin və işçi qüvvəsi resurslarının təhlilini aparmaq.
  • İstehsal sifarişlərinin icra vəziyyətini gündəlik, həftəlik və aylıq əsasda izləmək və təhlil etmək.
  • Faktiki istehsal göstəricilərini plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları müəyyən etmək.
  • İstehsal planlarından kənarlaşmaların səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
  • İstehsalın davamlılığını təmin etmək məqsədilə xammal, material və yarımfabrikat ehtiyaclarını təhlil etmək.
  • Xammal və material ehtiyatlarının dövriyyəsini izləmək və optimal ehtiyat səviyyələri üzrə təkliflər vermək.
  • İstehsal, satış, satınalma və anbar məlumatlarını təhlil edərək planlama prosesinə inteqrasiya etmək.
  • İstehsal sifarişlərinin prioritetləşdirilməsi üzrə təkliflər hazırlamaq.
  • İstehsalatın məhsuldarlıq göstəricilərini təhlil etmək və səmərəliliyin artırılması üzrə təkliflər hazırlamaq.
  • İstehsal itkiləri, boşdayanmalar və gecikmələr üzrə məlumatları təhlil etmək.
  • Planlama üzrə əsas fəaliyyət göstəricilərinin (KPI-ların) hesablanmasını və monitorinqini həyata keçirmək.
  • Müntəzəm planlama hesabatları, analitik arayışlar və təqdimatlar hazırlamaq.
  • ERP və digər informasiya sistemlərində məlumatların düzgünlüyünü yoxlamaq və təhlil etmək.
  • İstehsal gücü, yüklənmə səviyyəsi və sifariş portfeli üzrə proqnozlar hazırlamaq.
  • Müxtəlif istehsal ssenarilərinin modelləşdirilməsini həyata keçirmək və nəticələrini qiymətləndirmək.
  • Planlama proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq və tətbiqində iştirak etmək.
  • Rəhbərlik üçün hesabatların vizuallaşdırılması .
  • təqdimatların hazırlanması.
  • Rəhbərlik tərəfindən verilən və vəzifə səlahiyyətlərinə aid olan digər tapşırıqları yerinə yetirmək.

Requirements

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, statistika və ya əlaqəli sahələr üzrə);
  • Analitika, planlama, maliyyə və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
  • Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb formulalar və s.);
  • ERP sistemləri və Power BI bilikləri üstünlük hesab olunur;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili biliyi üstünlükdür.
  • ​​​​​​​​​​​​​​ Şəxsi keyfiyyətlər: Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
  • Məlumatların təhlili və proqnozlaşdırılması bacarığı;
  • Hesabat hazırlama və təqdimat bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük;
  • ​​​​​​​ Təklif edirik: Rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Karyera yüksəlişi perspektivi;
  • Peşəkar və dinamik iş mühiti.
  • Korporativ nömrə;
  • Könüllü tibbi sığorta;
  • Maraqlanan namizədlər CV-lərini
Back