Vacancies
İV

Proqram meneceri (Program Manager)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Təsvir

İnnovasiya, süni intellekt və İKT sahəsində elmi tədqiqatların artırılması və nəticələrinin kommersiyalaşdırılması üzrə proqramların idarə edilməsi; Dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirak payının artırılması üzrə proqramların koordinasiyası; Ali təhsil müəssisəsi – sənaye tərəfdaşlığı çərçivəsində qrant əsaslı tədqiqat layihələrinin təşviqi və idarə edilməsi; Mərkəzi Bankın Rəqəmsal Valyutası platformasının tətbiqi layihəsində proqram səviyyəsində koordinasiya işlərinin aparılması; Startapların inkişafı üçün İKT infrastrukturunun gücləndirilməsi və istedad ehtiyatlarının yaradılması proqramlarının idarə edilməsi; Çoxsaylı layihələr arasında resursların bölüşdürülməsi, prioritetləşdirmə və risklərin idarə edilməsi; Maraqlı tərəflərlə (dövlət qurumları, özəl sektor, universitetlər) əlaqələndirmə və hesabatlılığın təmin edilməsi; Proqram səviyyəsində strateji planlaşdırma və icra monitorinqinin həyata keçirilməsi.

Requirements

  • Ali təhsil (layihə/proqram idarəetməsi, İKT, biznes idarəetməsi və ya əlaqəli sahələrdə; magistr dərəcəsinə üstünlük verilir); Sahə üzrə minimum 3 il iş stajı (proqram idarəetməsi, layihə idarəetməsi və ya əlaqəli sahədə); PMP, PgMP, PRINCE2 və ya oxşar sertifikatların olması zəruridir; Çoxlu maraqlı tərəflərlə işləmə və əlaqələndirmə bacarıqları; Strateji düşüncə, analitik yanaşma və problem həlletmə bacarıqları; Dil bilikləri: Azərbaycan dili – əla, ingilis dili – yaxşı səviyyədə.
Back