QA/QC üzrə Baş Mütəxəssis (Şirvan)
Təsvir
Keyfiyyətin Təminatı və İdarəetmə Sistemi (QA) üzrə: Zavodun Keyfiyyət İdarəetmə Sisteminin (KİS) qurulması, tətbiqi və təkmilləşdirilməsi proseslərində iştirak etmək; Prosedur, təlimat, metodika və digər idarəedici sənədlərin hazırlanmasını və aktuallığını təmin etmək; Keyfiyyət məqsədlərinin və fəaliyyət göstəricilərinin (KPI) monitorinqini aparmaq; Daxili audit proqramlarını hazırlamaq, auditləri koordinasiya etmək və sertifikatlaşdırma/nəzarət auditlərinə hazırlıq işlərini təşkil etmək; Təchizatçıların qiymətləndirilməsi, monitorinqi və təchizatçı auditlərinin keçirilməsini təşkil etmək; İşçilər üçün KİS, keyfiyyət alətləri və keyfiyyət mədəniyyətinin formalaşdırılması üzrə təlim proqramları hazırlamaq və keçmək. Keyfiyyətə Nəzarət və İstehsalat (QC) üzrə: Müəssisədə məhsulun keyfiyyətinə nəzarət proseslərinin təşkilində və icrasında birbaşa iştirak etmək; Xammal, yarımfabrikat və hazır məhsulların normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq; İstehsalat proseslərində keyfiyyət göstəricilərinin monitorinqini aparmaq və uyğunsuzluqları müəyyən etmək; Aşkar olunmuş uyğunsuzluqlar üzrə kök səbəbləri müəyyən etmək, düzəldici və qabaqlayıcı tədbirlər (CAPA) hazırlamaq və effektivliyini qiymətləndirmək; Ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanılması proseslərinə nəzarət etmək; Müştəri şikayətlərinin araşdırılmasında iştirak etmək, keyfiyyət göstəricilərinin təhlilini apararaq rəhbərliyə hesabatlar təqdim etmək.
Requirements
- Ali təhsil: Sənaye mühəndisliyi və ya digər oxşar mühəndislik sahələri üzrə ali təhsil; Təcrübə: İstehsalat/sənaye sahəsində keyfiyyətin təminatı (QA) və keyfiyyətə nəzarət (QC) üzrə minimum 6-7 illik iş təcrübəsi; Texniki bacarıqlar: Konstruktor və normativ-texniki sənədlərlə peşəkar işləmə bacarığı; Müxtəlif ölçü alətləri və vasitələri ilə işləmək, onların kalibrlənməsi prosesinə bələd olmaq; Sənədləşmə: Keyfiyyətlə əlaqəli prosedur, təlimat və idarəedici sənədlərin hazırlanması bacarığı; Keyfiyyətə nəzarət üzrə statistik metodların tətbiqi və kök səbəb təhlili (Root Cause Analysis) bacarıqları.