Vacancies
R-

Qeydiyyat və Farmakonəzarət üzrə Menecer

R - Pharm

Responsibilities

  • Dərman vasitələrinin, tibbi vasitələrin dövlət qeydiyyatı, yenidən qeydiyyatı və qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi üçün tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi.
  • Qeydiyyat şəhadətnamələrinin etibarlılıq müddətinə nəzarət edilməsi və vaxtında yenilənmə prosesinin təşkili.
  • Dövlət tənzimləyici orqanlarından daxil olan sorğu və iradlara cavabların hazırlanması və müəyyən olunmuş müddətlərdə təqdim edilməsi.
  • Dərman vasitələrinin, tibbi vasitələrin qeydiyyat statusu üzrə elektron məlumat bazasının və reyestrin aparılması.
  • Qeydiyyat prosesləri üzrə daxili normativ prosedurların hazırlanması və yenilənməsində iştirak.
  • Milli və beynəlxalq tənzimləyici qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi, təhlili və şirkətin fəaliyyətinə tətbiq olunmasının təmin edilməsi.
  • Dərman vasitələrinin arzuolunmaz reaksiyaları və əlavə təsirləri haqqında məlumatların toplanması, emalı, qeydiyyatı və arxivləşdirilməsi.
  • Farmakonəzarət üzrə prosedur, təlimat və digər sənədlərin tənzimləyici orqanların tələblərinə uyğun hazırlanması və yenilənməsi.
  • Farmakonəzarət sistemi üzrə audit və tənzimləyici inspeksiyalarda iştirak.
  • Qeydiyyat sənədlərinin və farmakonəzarət hesabatlarının müəyyən edilmiş müddətlərdə hazırlanması və təqdim edilməsi.

Requirements

  • Ali təhsil (tibb, əczaçılıq ixtisası üzrə).
  • Qeydiyyat və/və ya farmakonəzarət sahəsində minimum 3 il iş təcrübəsi.
  • Dərman vasitələrinin qeydiyyatı və farmakonəzarət üzrə Azərbaycan Respublikasının qanunvericiliyini və normativ sənədlərini bilmək.
  • GVP (Good Pharmacovigilance Practices) prinsiplərini bilmək.
  • MS Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) Azərbaycan, rus və ingilis dillərini bilmək.
  • Sənədlərlə işləmək, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı.
  • Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “ Qeydiyyat və Farmakonəzarət üzrə Menecer” qeyd edərək
Back