Vacancies
AB

Qrafik və Motion Dizayner

atb bank

Təsvir

Bankın reklam və kommunikasiya kampaniyaları üçün motion qrafika və animasiya həllərinin hazırlanması; Sosial media platformaları, rəqəmsal daşıyıcılar, reklam çarxları və təqdimatlar üçün vizual kontentin hazırlanması; Kreativ komanda ilə əməkdaşlıq çərçivəsində konseptlərin hazırlanması və uğurla icra edilməsi; Brend standartlarına və korporativ vizual identiklik prinsiplərinə uyğun dizayn həllərinin hazırlanması; Video montaj və post-production proseslərinin keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirilməsi; Mövcud dizayn və motion qrafika trendlərinin davamlı izlənilməsi, müasir yanaşmaların hazırlanmış işlərdə tətbiq edilməsi.

Requirements

  • Motion Design sahəsində minimum 3 il peşəkar iş təcrübəsi; Adobe After Effects proqramında yüksək səviyyədə işləmə bacarığı və mürəkkəb motion qrafika layihələrinin icrası üzrə praktiki təcrübə; Cinema 4D, Blender və ya analoji 3D proqramlardan ən azı birində işləmək, həmçinin 3D elementləri motion layihələrinə inteqrasiya etmək bacarığı; Animasiya prinsipləri, kompozisiya, keçidlər (transitions) və vizual storytelling üzrə güclü nəzəri və praktiki biliklər; Reklam kampaniyaları, sosial media məzmunları, məhsul tanıtımları və digər rəqəmsal platformalar üçün motion kontentin hazırlanması üzrə təcrübə; UI Motion və rəqəmsal məhsullar üçün animasiya həllərinin hazırlanması təcrübəsi üstünlük hesab olunur; Süni intellekt (AI) əsaslı dizayn alətləri ilə işləmək bacarığı üstünlük hesab olunur; Adobe After Effects, Illustrator və Photoshop proqramları arasında səmərəli və effektiv iş axını (workflow) qurmaq bacarığı; Brendinq və korporativ vizual üslub prinsipləri üzrə biliklər; Reklam, sosial media, motion qrafika və 3D layihələrini əhatə edən portfolio təqdim edilməsi mütləqdir.
Back